Təhsil naziri Misir Mərdanovun istefa verməsi xəbərinə nazirlikdən təkzib gəlib.
AZXEBER.COM-un məlumatına görə, Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin rəhbəri Faiq Şahbazlı "musavat.com"a açıqlamasında bildirib ki, yayılan xəbərlər doğru deyil:
"Nazir istefa verməyib. Nazirlikdə iclas keçirilməsi barədə xəbərlər də doğru deyil, heç bir iclas keçirilmir. Nazirlikdə sakitçilikdir, hər şey öz axarı ilə gedir".