Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Kollegiyası keçən il mobil operatorların istifadəçiləri arasında vahid danışıq taarifi müəyyənləşdirsə də, hələ mobil operatorlar bununla bağlı razılığa gəlməyib.
Bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov söyləyib. Əli Abbasov deyib ki, qərar artıq Ədliyyə Nazirliyində də qeydiyyatdan keçib: “Biz mobil operatorlar arasında danışıqlarda 1 dəqiqə üçün 2 qəpik müəyyənləşdirmişik. Ancaq bu qiymətə mobil operator arasındakı razılaşmaya əsasən, müəyyən əlavələr ola bilər. İndiyə qədər mobil rabitə operatorları belə razılığa gəlməyib. Ona görə də Nazirliyin Kollegiya iclasında mobil rabitə operatorlarının istifadəçiləri arasında danışıqlarla bağlı taarifə dair qərar qəbul edilə bilər. Yəni nazirlik özü artıq bu məsələyə müdaxilə etmək niyyətindədir”.