Nazir müavini müxalifətin tərəfinə keçdi

Nazir müavini müxalifətin tərəfinə keçdi
Bütün Xəbərlər
22:42 08.03.2012
1526

Əbdu Hüsaməddin öz həmkarlarını da analoji addımı atmağa çağırıb

Suriyada daha bir yüksək rütbəli şəxs müxalifətin tərəfinə keçib. İnternetə yerləşdirilmiş videoyazıda özünü neft sənayesi və mineral sərvətlər nazirinin müavini Əbdu Hüsaməddin kimi təqdim edən şəxs hakim "Bəəs" partiyasından getdiyini və istefa verərək müxalifətin tərəfinə keçdiyini bəyan edib. Əbdu Hüsaməddin əli minlərlə insanın qanına bulaşmış Bəşər Əsədə qarşı vuruşan xalqın tərəfinə keçdiyini deyib və öz həmkarlarını da "batmaqda olan gəmini tərk etməyə" çağırıb. Qeyd edək ki, bu, Əbdu Hüsaməddin indiyədək Suriyada müxalifətin tərəfinə keçmiş ən yüksək rütbəli dövlət məmurudur.

OXŞAR XƏBƏRLƏR