Nazir müavini: “Nə olar, siz Allah bunu eləyin”

Nazir müavini: “Nə olar, siz Allah bunu eləyin”
TOP4
14:35 17.09.2019
4713
"Əvvəllər vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulmuş vergi ödəyicilərinin sayı az idi. Əgər əvvəl bu onlarla ölçülürdüsə, indi minlərlədir”.

AZXEBER.COM xəbər verir ki, bunu "report”a açıqlamasında Vergilər nazirinin müavini Sahib Ələkbərov son illər vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulmuş vergi ödəyicilərinin sayının açıqlanmaması məsələsinə aydınlıq gətirərkən deyib.

S.Ələkbərovun sözlərinə görə, hazırda həmin vergi ödəyicilərinin adını VÖEN və ya FIN-koda uyğun sistemdə tapmaq mümkündür:

"Hazırda respublikada 1,034 milyondan çox vergi ödəyicisi qeydiyyatdan keçib. Vergi ödəyicilərinin sayı artdıqca ölkədən getmək hüququ məhdudlaşdırılanların sayı da artır.

Hamı istəyərdi ki, bu siyahıda azalma olsun və heç kim istəmir ki, ölkədən getmək hüququ məhdudlaşdırılsın”.

Nazir müavini ABŞ və Avropanın bir sıra ölkələrində olduğu kimi vergidən yayınmaya görə, qanunvericiliyin sərtləşdirilməsinin tərəfdarı olmadığını qeyd edib:

"ABŞ yaxud Avropanın vergi inzibatçılığının tarixi arasında kəskin fərq var. Bizim vergi inzibatçılığımız 1991-ci ildən başlayır.

Çox kəskin addımlar atmaq olmaz. Diktatura metodu ilə getmək lazım deyil. Beyinlərdə dəyişiklik etmək lazımdır. İnsanlar artıq bunu başa düşməlidir”.

S. Ələkbərov Baltikyanı ölkələrdə bu sahədə irəliləyişin olmasının səbəblərini də açıqlayıb: "2011-ci ildə tədbirlərin birində mən Estoniyanın Vergi və Gömrük Administrasiyasının rəhbərindən soruşdum ki, "Siz nağdsız ödənişlərə keçmişiniz.

Biz də bu istiqamətdə ciddi addımlar atmaq niyətindəyik. Mənə izah edin görüm, siz hansı addımları atdınız, nə etdiniz?” Gördüm sualı başa düşmədi. Təzədən bir də izah etdim.

Qayıtdı ki, "biz nə etməliyik axı?! Nağdsız ödənişlərə keçməklə bağlı qanun qəbul olundu və heç bir problem olmadı”.

Bu gün Estoniyada nağd ödənişlərin həcmi ən aşağı həcmdədir. Çünki bu artıq insanların şüuruna işləyib. Amma biz yüz dəfə deyirik ki, "nə olar, siz Allah bunu eləyin. Bu lazımdır, sizə sərf edir. Digər məsələ də var ki, onlar SSRİ-nin tərkibində cəmi 40 il qalıblar.

Əvvəllər isə Avropada olublar. Bu da hamısına təsir edir. Bizdə də bunun üçün zaman lazımdır. Həddindən artıq [vergi hüquqpozmalarına qarşı cəza tədbirlərini] sürətləndirmək fəlakətə gətirib çıxarır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xəzər rayonunda 45 kiloqram narkotik vasitə aşkarlandı
18:42 31.07.2026
Xəzər rayonunda 45 kiloqram narkotik vasitə aşkarlandı
Küveyt İranın pilotsuz uçuş aparatlarını vurduğunu açıqladı
18:26 31.07.2026
Küveyt İranın pilotsuz uçuş aparatlarını vurduğunu açıqladı
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
18:10 31.07.2026
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
18:02 31.07.2026
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
17:54 31.07.2026
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
17:46 31.07.2026
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
17:29 31.07.2026
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
17:25 31.07.2026
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
17:14 31.07.2026
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
16:58 31.07.2026
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
16:41 31.07.2026
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
16:26 31.07.2026
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
16:14 31.07.2026
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
16:04 31.07.2026
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
ChatGPT ilə yazılan CV iş tapmağa kömək edir? – Mütəxəssislər xəbərdarlıq edir
15:51 31.07.2026
ChatGPT ilə yazılan CV iş tapmağa kömək edir? – Mütəxəssislər xəbərdarlıq edir
Bolqarıstanda prezident seçkilərinin tarixi açıqlandı
15:37 31.07.2026
Bolqarıstanda prezident seçkilərinin tarixi açıqlandı