Nazir müavinindən Kəlbəcərdə meşələrin yandırılmasına - Reaksiya

Nazir müavinindən Kəlbəcərdə meşələrin yandırılmasına - Reaksiya
SOSİAL
19:20 15.11.2020
849
"Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ekoloji QHT-lər, Azərbaycan ictimaiyyəti dünən sosial şəbəkələrdə və televiziyalarda Kəlbəcər ərazisində ermənilərin barbarlığını nümayiş etdirən foto və videolarda əks olunanları qətiyyətlə pisləyir və bu hərəkətləri insanlığa, təbiətə qarşı əsil düşmənçilik kimi qiymətləndirir".

AZXEBER.COM xəbər verir ki, bunu Ekologiya Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov jurnalistlərə açıqlamasında bildirib. 

Nazirlik rəsmisinin sözlərinə görə, təcavüzkar Ermənistan tərəfindən işğal altındakı ərazilərdəki flora və faunanın məhvi, xüsusən də Cəbrayıl, Zəngilan, Qubadlı və işğaldan azad olunmuş digər ərazilərimizdə yaşı iki min ildən artıq olan təbiət abidələrinin-çinarların kəsilməsi, Şuşa ətrafındakı Topxana meşəsinin qadağan olunmuş ağ fosforla yandırılması, indi də Kəlbəcərdə ağacların kəsilməsi, meşələrin yandırılması və ətraf mühitə qəsdən zərər verilməsi təbiətə qarşı ən ağır cinayətdir:

"Bu barbarlığa biz dünən yayılan foto və videolarda bir daha şahid olduq. Bu ekoloji cinayətlər illərlə Azərkosmosdan alınmış foto faktlarda da təsdiq olunub. Eyni zamanda, yaşıllıqlara, meşə sahələrinə, bölgənin biomüxtəlifliyinə qarşı törədilən soyqırım, yaradılmış Əməliyyat qrupunda təmsil olunan nazirliyimizin əməkdaşlarının keçirdiyi monitorinqlərin ilkin nəticələrində də öz əksini tapıb".

Nazir müavini qeyd edib ki, mövcud faktlar müvafiq beynəlxalq konvensiyaların katibliklərinə təqdim edilib:

"Təbiətin məhv edilməsinə, qonşu xalqa nifrət və düşmənçiliyin bu cür vəhşi formada ifadəsinə son qoyulması, talançılığın qeydə alınması və ziyanların hesablanması üçün beynəlxalq müşahidə və qiymətləndirmə qrupları Azərbaycana dəvət olunacaq. Ekoloji terror faktlarına qiymət verilməsi üçün səylərimizi davam etdirməklə yanaşı, işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpası istiqamətində işlərə artıq başlamışıq. İşğaldan azad olunmuş ərazilərdə noyabrın 11-dən başlayaraq müxtəlif növ ağac tingləri əkilir, meşə örtüyünün və yaşlllıqların bərpası istiqamətində tədbirlər görülür. Qarabağ ərazisində fəaliyyətimiz bundan sonra daha da intensivliklə davam etdiriləcək".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan əhalisinin sayı artıb
10:08 18.06.2026
Azərbaycan əhalisinin sayı artıb
“Qızım mənə “bloqerlər vəkillərdən çox pul qazanır” deyirdi…”
10:03 18.06.2026
“Qızım mənə “bloqerlər vəkillərdən çox pul qazanır” deyirdi…”
Acunundan ayrılan xanımı yenidən ərə gedir
10:03 18.06.2026
Acunundan ayrılan xanımı yenidən ərə gedir
İlham Əliyev: Müharibəni başlayacağımız təqdirdə bizi sanksiya ilə hədələyirdilər
09:58 18.06.2026
İlham Əliyev: Müharibəni başlayacağımız təqdirdə bizi sanksiya ilə hədələyirdilər
ABŞ və İran anlaşdılar: İmzalanan sənədin TAM MƏTNİ
09:56 18.06.2026
ABŞ və İran anlaşdılar: İmzalanan sənədin TAM MƏTNİ
Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırmaq istəyirik - Prezident
09:48 18.06.2026
Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırmaq istəyirik - Prezident
İlham Əliyev: Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-dən artıqdır
09:47 18.06.2026
İlham Əliyev: Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-dən artıqdır
Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub
09:44 18.06.2026
Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub
Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir - İlham Əliyev
09:43 18.06.2026
Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir - İlham Əliyev
Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
09:42 18.06.2026
Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
“Ölkə tarixində ilk dəfə 3 universitetimiz TOP 800-ə daxil olub”
09:39 18.06.2026
“Ölkə tarixində ilk dəfə 3 universitetimiz TOP 800-ə daxil olub”
Dünya ölkələrinin əksəriyyətinin dəstəyi Azərbaycanın nailiyyətlərinə əsaslanır - Prezident
09:36 18.06.2026
Dünya ölkələrinin əksəriyyətinin dəstəyi Azərbaycanın nailiyyətlərinə əsaslanır - Prezident
İlham Əliyev: Azərbaycan enerji resurslarına ehtiyacı olan ölkələrə dəstək göstərib
09:34 18.06.2026
İlham Əliyev: Azərbaycan enerji resurslarına ehtiyacı olan ölkələrə dəstək göstərib
"Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirməyə çalışırıq"
09:31 18.06.2026
"Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirməyə çalışırıq"
Prezident: Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır
09:29 18.06.2026
Prezident: Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır
Neft Emalı Zavodunda yanğın başlayıb
09:27 18.06.2026
Neft Emalı Zavodunda yanğın başlayıb