Nazir Pakistan Senatı sədrinin müavinini qəbul edib

Nazir Pakistan Senatı sədrinin müavinini qəbul edib
Bütün Xəbərlər
17:57 29.02.2012
1023
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Pakistan İslam Respublikası Senatının sədr müavini Mir Can Camalinin rəhbərlik etdiyi Pakistan Senatının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Nazirliyin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, görüş zamanı tərəflər iki ölkə arasında münasibətlərin səviyyəsindən məmnunluq bildirib və ölkələrimiz arasında bir çox sahələrdə qarşılıqlı dəstəyin mövcud olduğunu vurğulayıblar.Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT TŞ çərçivəsində faydalı əməkdaşlığın əhəmiyyəti qeyd edilib.Nazir Elmar Məmmədyarov Pakistanla əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğumuzu bildirərək, iki ölkə arasında ticarət, enerji və mədəniyyət sahələrində əlaqələrin də inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. E.Məmmədyarov parlament diplomatiyasının əhəmiyyətini qeyd edərək, qarşılıqlı səfər mübadilələrinin intensivləşməsinin iki ölkə arasında mövcud olan siyasi dialoqun inkişaf etdirilməsində vacib amil olduğunu bildirib.
OXŞAR XƏBƏRLƏR