Nazir: Qanunsuz bir ağac kəsən 100 ağac əksə əfv olunacaq

Nazir: Qanunsuz bir ağac kəsən 100 ağac əksə əfv olunacaq
Bütün Xəbərlər
10:20 12.09.2013
932

Xəbər verildiyi kimi Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov bu gün Qəbələ şəhərində şimal-qərb bölgəsinə daxil olan 7 rayonun sakinlərlə görüşüb, onların şikayət və təkliflərini dinləyib

Gün.Az-ın bölgə müxbiri bildirir ki, nazir Hüseyn Bağırov ona müraciət edənlər sırasında qanunsuz ağac kəsənlərin də olduğunu və həmin şəxslərin 2-2.2 min manat cərimə ödəməli olduğunu xatırladıq.Nazir bildirib ki, həmin şəxsləri bir şərtlə əfv edib ki, onlar kəsdikləri bir ağac əvəzində ən azından müəyyən olunmuş yerlərdə 100 ağac əksinlər və onlara qulluq edərək yetişdirsinlər. Nazirin bu təklifi cərimə olunan vətəndaşlar tərəfindən müsbət qarşılanıb və artıq bir neçə nəfər bu istiqamətdə fəaliyyətə başlayıb. H. Bağırov qeyd edib ki, müraciətlər sırasında ixtisaslı gənclərin işlə təmin olunması məsələsi də diqqət mərkəzində saxlanılıb və 10 nəfər mütəxəssisin müraciəti müsbət həll olunub.

OXŞAR XƏBƏRLƏR