Nazir "Rabitəçi" klubunun üzləri ilə görüşdü

Nazir "Rabitəçi" klubunun üzləri ilə görüşdü
Bütün Xəbərlər
14:40 20.09.2012
898
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov "Rabitə" İdman Klubunda olimpiya iştirakçıları ilə görüşüb. Nazir Əli Abbasov ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev cənablarının diqqət və qayğısı sayəsində respublikamızda bütün istiqamətlərdə olduğu kimi, idman sahəsində də böyük uğurlar əldə edildiyini, bu uğurlarda "Rabitə" İdman Klubunun üzvlərinin də əməyini təqdirəlayiq hal kimi qiymətləndirib.
AZXEBER.COM-un məlumatına görə, nazir rabitəçi idmançıların bir sıra beynəlxalq idman tədbirlərində respublikanı layiqincə təmsil etməsini və idmanın müxtəlif sahələrindəki uğurlarını sahəyə göstərilən dövlət qayğısının təzahürü kimi dəyərləndirib. Nazir bildirib ki, "Rabitəçi" İK-nın idmançılarından 3 nəfərin olimpiya yarışlarında iştirak etməsi və Teymur Məmmədovun bürünc mükafata layiq görülməsi klubun ən böyük uğurlarındandır.
Nazir idmançıların məşq zallarındakı şəraiti ilə yaxından tanış olaraq onların qayğıları ilə maraqlanıb, klubun veb-səhifəsinin yaradılması ilə bağlı tapşırıq verib. Nazirə məlumat verilib ki, "Rabitəçi" İK-nın regionlarda olan filiallarında da müvafiq şərait yaradılıb.
Sonda rabitəçi idmançılar idman sahəsinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.
OXŞAR XƏBƏRLƏR