AZXEBER.COM "anspress”ə istinadən xəbər verir ki, Əlcəzair televiziyasının çəkdiyi kadrlarda nazirin danışıq zamanı mürgülədiyi görünür. Sosial şəbəkələrdə baxılma rekordu qıran "Ennaxar-TV" telekanalının çəkdiyi kadrlarda danışıqlar zamanı əlcəzair məmurlar arasında olan Loran Fabius əvvəlcə yuxuyla mübarizə aparır, amma sonra yenə də stulda oturaraq yatır. Fabius görüşün sonunda oyanır və iştirakçılara baxaraq gülümsəyir.
Fransa jurnalı xatırladıb ki, bu hərəkət 67 yaşlı nazirin karyerasında birinci belə hadisə deyil.
Məsələn, keçən il o, Fransa prezidenti Fransua Ollandla Britaniya baş naziri Devid Kemeronun mətbuat konfransında qısa müddətə yatıb. Fabius 2012-ci ilin sonunda Ollandın təşkil etdiyi siyasi müşavirədə mürgüləyib. Nəticədə partiyadaşları ona "Yatan Fabius" ləqəbi veriblər.