Nazir rəydə ona təşəkkür etmişdi... - Video

Nazir rəydə ona təşəkkür etmişdi... - Video
SOSİAL
08:28 11.12.2025
306
Bir neçə gün əvvəl elm və təhsil naziri Emin Əmrullayevin sosial şəbəkədə müəllim haqqında yazılan məzmuna şərh yazması gündəm olmuşdu.

AZXEBER.COM xəbər verir ki, İTV dərs demək üçün Bakıdan Xankəndiyə gedən müəllim Arzu Şükürova ilə yol yoldaşı olub.

Belə ki, Arzu Şükürova həftədə iki dəfə Xankəndiyə getmək üçün 400 kilometr yol qət edir, Qarabağ Universitetində dərsini bitirib eyni gündə də Bakıya qayıdır.

"Mənim əsas ixtisasım "Hüquqşünaslıq”dır. Həmişə pedaqoji fəaliyyətlə məşğul olmaq kimi məqsədim olub. 2024-cü ildən etibarən hansı ali təhsil müəssisəsində pedaqoji fəaliyyətlə məşğul ola biləcəyimi araşdırdım. Cari ilin aprel ayında Qarabağ Universitetinin elan etdiyi vakansiyalarla qarşılaşdım. Müraciət etdim, müəyyən mərhələlər keçdikdən sonra qəbul aldım və sentyabr ayından çalışıram.

Tədris etdiyim fənn "Əmək hüququ”dur. Bu fənni 3-cü kurs tələbələrinə tədris edirəm. Fiziki yorğunluq olur, amma mən buna mənəvi borcun yerinə yetirilməsi kimi baxdıqda, yorğunluqdan əsər-əlamət qalmır”, - Arzu Şükürova bildirib.

Arzunun "Qarabağ arzusu” hələ 2016-cı ildən başlayıb. Belə ki, o, həmin ildə sosial hesabında belə bir paylaşım edib: "Qarabağ alınsaydı, 4 illik Hüquq oxumaq əziyyətimə baxmayaraq, həmişə arzuladığım Memarlıq ixtisasına daxil olub, gedib Şuşada ən müasir, ən yaraşıqlı binalar tikərdim”.

Arzunu populyar edən daha bir məqam isə elm və təhsil naziri Emin Əmrullayevin sözügedən şərhi olub. Çünki müəllimin Xankəndidə evlə təminatı məsələsi hələ də müzakirə predmetidir:

"Xankəndidə qalmaq üçün universitet tərəfindən mənə kifayət qədər şərait yaradılıb, mənzillə təmin olunmuşam. Mənim əlavə işlərim olduğuna görə geri qayıtmalı oluram, Xankəndidə yaşamıram”.

Ətraflı videomaterialda:

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nobel mükafatının məbləği artırıldı
01:29 19.09.2026
Nobel mükafatının məbləği artırıldı
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
01:03 19.09.2026
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
00:42 19.09.2026
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
00:38 19.09.2026
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
00:27 19.09.2026
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
00:21 19.09.2026
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
Bürclər bu günə nə deyir?
00:07 19.09.2026
Bürclər bu günə nə deyir?
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
23:49 18.09.2026
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
23:38 18.09.2026
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Qərarsız olan dörd bürc
23:29 18.09.2026
Qərarsız olan dörd bürc
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
23:12 18.09.2026
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
23:04 18.09.2026
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
Yardımlıda açıq ərazidə yanğın olub - Video
22:53 18.09.2026
Yardımlıda açıq ərazidə yanğın olub - Video
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
22:37 18.09.2026
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
22:16 18.09.2026
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
"Qarabağ" "Şəfa"nı məğlub etdi
22:09 18.09.2026
"Qarabağ" "Şəfa"nı məğlub etdi