"Son zəng"lə bağlı tənzimləmə sadəcə ictimai asayişin qorunmasını əhatə etməlidir.
AZXEBER.COM xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Gəncə şəhəri Məhəmməd Hadi adına 10 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən "Son zəng" tədbiri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O, "Son zəng"də məzunlara azadlıq verməyin mümkünlüyünü vurğulayıb:
"Son zəng" məzunların ən yaddaqalan günüdür. Onların bu günü necə görürlərsə, elə də qeyd etməli olduqlarına inanıram. "Son zəng"lə bağlı tənzimləmə sadəcə, məzunların sağlamlığını və ictimai asayişin qorunmasını əhatə etməlidir. Məncə, digər məsələlərdə məzunlara azadlıq vermək olar".
\\report











































