Nazir tələbəyə təcavüzdə ittiham edilir

Nazir tələbəyə təcavüzdə ittiham edilir
DÜNYA
15:17 16.10.2016
3937
Qıza "şərab işməyi, rəqs etməyi, ünsiyyətdə olmağı və əylənməyi” təklif edib

 

Qazaxıstanın mədəniyyət və idman naziri Arıstanbek Muhamediulı-nın adı böyük qalmaqalda hallanmaqdadır. Bu haqda "Currentime.tv” yazır.

Qazaxıstan Milli İncəsənət Akademiyasının keçmiş tələbəsi Enlik Sıdıkova naziri seksual təcavüzdə ittiham edib. Onun səsləndirdiyi ittihamla bağlı bəyanatın videosu artıq sosial şəbəkələrdə də yerləşdirilib.


"Şərab içək, rəqs edək, əylənək”


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Enlik Sıdıkova-nın sözlərinə görə, danışdıqları 2011-ci ildə indiki nazir Qazaxıstanın Jurgenov adına Milli İncəsənət Akademiyasının rektoru olduğu vaxtda baş verib. O, akademiyanın qəbul imtahanlarına gecikdiyindən bu problemi rektorun yardımı ilə həll etmək istəyib.

Sıdıkova-nın dediyinə görə, bu istəyini dilə gətirəndən sonra rektor Muhamediulı öncə ondan rüşvət istəyib. Daha sonra gənc qızı köməkçisinin vasitəsilə ikinci dəfə qəbuluna çağırıb. Bu dəfə Enlik Sıdıkova-nı qonaq dəvət edib, "şərab işməyi, rəqs etməyi, ünsiyyətdə olmağı və əylənməyi” təklif edib. Qız ona rədd cavabı verdiyini söyləyir.

Amma bununla belə, Enlik Sıdıkova sözügedən ali məktəbə girib də, onu başa çatdırıb da. Düzdür, gənc qız iddia edir ki, rektor guya akademiyaya qəbul edilməsinə yardım məqsədilə ondan 3 min dollar tələb edib.

Nazir ittihamları "şər-böhtan” adlandırır

Mədəniyyət və idman naziri Arıstanbek Muhamediulı bu ittihamları rədd edir, deyilənlərin hamısını "şər və böhtan” adlandırır. Ancaq bu da var ki, Enlik Sıdıkova-nın iddialarını başqa bir adam da təsdiqləyib. Həmin şəxs Qazaxıstanın xalq artisti Tunqışbay Jarmankulov-dur. Xalq artistinin söylədiyinə görə, özü rektor təyin olunana qədər akademiyanın tələbələri olan qızlar dəfələrlə ona bu cür şikayətlərlə müraciət ediblər.

Naziri seksual təcavüzdə ittiham edən tələbələrdən biri isə üzünün göstərilməməsi şərtiylə televiziyaya müsahibə verib. Bu qız da rektordan yardım istəyibmiş. Qızın sözlərinə görə, Mahmediulı qəfildən söhbətin ortasında ondan ayağa qalxmasını istəyib, daha sonra onu qucaqlayaraq öpməyə başlayıb. Tələbə qız indiyədək çəkindiyindən bu məsələni ictimailəşdirmədiyini bildirir.

Arıstanbek Muhamediulı-nın adı təkcə seksual qalmaqalda hallanmır. İndi onun rüşvət alması haqda iddialar da gündəmə gəlib. Məsələn, rejissor Janıbekov-un iddialarına inanmış olsaq, nazir filminə dəstək verməsi üçün ondan pul tələb edib.

İndiyə bəlli olan bircə şey var. Korrupsiya əleyhinə milli büroda nazir Arıstanbek Muhamediulı-nın ünvanına səslənən iddialarla bağlı araşdırma aparılır. Nazir özü isə keçmiş tələbəni atdığı böhtan və şərə görə cəzalandıracağına söz verib.

Azadlıq Radisou

 

 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Messi və Suares futbol klubu təsis ediblər
02:50 28.05.2025
Messi və Suares futbol klubu təsis ediblər
Görmək istədiyimiz Azərbaycan efirləri - Hacıbəy Heydərli yazır
02:27 28.05.2025
Görmək istədiyimiz Azərbaycan efirləri - Hacıbəy Heydərli yazır
KİV: İsrail və Suriya bir neçə dəfə danışıqlar aparıb
01:49 28.05.2025
KİV: İsrail və Suriya bir neçə dəfə danışıqlar aparıb
İlham Əliyev Müstəqillik Günü münasibətilə paylaşım edib
00:48 28.05.2025
İlham Əliyev Müstəqillik Günü münasibətilə paylaşım edib
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
00:04 28.05.2025
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
Dövlət Departamenti: Yaxın vaxtlarda ABŞ-İran danışıqlarının növbəti raundu baş tutacaq
23:41 27.05.2025
Dövlət Departamenti: Yaxın vaxtlarda ABŞ-İran danışıqlarının növbəti raundu baş tutacaq
Bakıda iş adamı Naxçıvan sakininin üstünə maşın sürərək yaralayıb - Hadisənin TƏFƏRRÜATI
23:24 27.05.2025
Bakıda iş adamı Naxçıvan sakininin üstünə maşın sürərək yaralayıb - Hadisənin TƏFƏRRÜATI
ABŞ vətəndaşlarını bu ölkəyə getməməyə çağırdı
23:16 27.05.2025
ABŞ vətəndaşlarını bu ölkəyə getməməyə çağırdı
Almaniya XİN rəhbəri: Avropa Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə davam edəcək
22:58 27.05.2025
Almaniya XİN rəhbəri: Avropa Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə davam edəcək
Prezident Laçın səfərindən görüntülər paylaşdı - VİDEO
22:51 27.05.2025
Prezident Laçın səfərindən görüntülər paylaşdı - VİDEO
Xarici tələbələrin ABŞ-də təhsil alması sərtləşdirilir
22:34 27.05.2025
Xarici tələbələrin ABŞ-də təhsil alması sərtləşdirilir
Minifutbol üzrə Azərbaycan millisi dünya çempionatının 1/4 mərhələsinə yüksəlib
22:23 27.05.2025
Minifutbol üzrə Azərbaycan millisi dünya çempionatının 1/4 mərhələsinə yüksəlib
Litva Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb
22:14 27.05.2025
Litva Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
21:54 27.05.2025
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
Məhkəmə Hüseynlə bağlı qərar verdi
21:38 27.05.2025
Məhkəmə Hüseynlə bağlı qərar verdi
Polşa Prezidenti: Azərbaycan ilə bir çox sahələrdə əməkdaşlığı dərinləşdirmək istəyirik
21:29 27.05.2025
Polşa Prezidenti: Azərbaycan ilə bir çox sahələrdə əməkdaşlığı dərinləşdirmək istəyirik