Azərbaycanda universitetlərin 3 illik bakalavr modelinə keçidi müzakirə olunur.
AZXEBER.COM xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev 2026-2027-ci tədris ilinə dair keçirilən mətbuat konfransı zamanı deyib.
O bildirib ki, bu model bəzi ixtisaslar üzrə mümkün hesab edilir. Məsələn, turizmin təşkili kimi ixtisaslarda 3 illik bakalavr təhsilinin tətbiqi mümkün ola bilər.
"Hüquqşünaslıq kimi ixtisaslarda isə bu məsələyə daha ehtiyatlı yanaşmaq lazımdır. 19 yaşlı uşaq hüquqşünas ola bilərmi, yoxsa yaş olaraq bir qədər çox olmalıdır?”,-deyə nazir qeyd edib.
Hazırda 12 illik ümumi təhsilə keçidlə bağlı gündəmdə hər hansı məsələ nəzərdə tutulmur.
Şahanə











































