"Yeni Dövlət Proqramı özlüyündə sadəcə həmin sahədə görüləcək işlər demək deyil. Əslində, daha əhatəlidir, həm fundamental tədbirləri, həm də dəstəkləyici tədbirləri ehtiva edir. Dövlət Proqramında Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin 2026-2030-cu illər üçün inkişafının əsasları qeyd olunub. Proqramın əsas hədəfi fundamental transformasiyaya nail olmaqdır. Ekstensiv istehsalatdan, ekstensiv məhsul istehsalından intensiv məhsul istehsalına keçidi formalaşdırmaqdır".

Nazir qeyd edib ki, bitkiçilik sahəsində son illərdə bu istiqamətdə uğurlar olsa da, heyvandarlıq sahəsində təəssüf, intensiv təsərrüfatlar mövcuddur. Lakin onların sayı yetərincə olmadığına görə Dövlət Proqramında bu da nəzərə alınıb: "Ümumilikdə, resurs nöqteyi-nəzərindən proqramın dörd əsas sütun üzərində həyata keçirilməsi planlaşdırılır. İlk növbədə, resurs səmərəliliyinə əsaslanan kənd təsərrüfatının formalaşdırılması planlaşdırılır. İkincisi isə texnologiyaya və innovasiyaya əsaslanan kənd təsərrüfatının formalaşdırılmasıdır. Eyni zamanda, resurs səmərəliliyi, texnologiya və innovasiya, bazarlara və dəyər zənciri üzrə inteqrasiyaya, həmçinin emal sənayesinin inkişafına və məhsul istehsalının artımına nail olmaq nəzərdə tutulur".











































