Nazirə şeir yazdığı üçün elə nazir tərəfindən töhmət alan şair danışdı - MÜSAHİBƏ
Bütün Xəbərlər
15:05 29.10.2015
3316
Mədəniyyət və Turizm Nazirliyinin kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri, son günlərin ən çox müzakirə olunan şairi Vaqif Bəhmənli (Quliyev) töhmət almasından danışıb. O, məsələ ilə bağlı müsahibəsində bəzi məsələlərə aydınlıq gətirib.Müsahibəni ixtisarlarla təqdim edirik:- Vaqif müəllim, o şeiri niyə çap etdirdiniz?- İnsanın səhvi olur da. Bu da bir xəta idi.- Yəqin ki, nazirin töhmətdən əlavə bununla bağlı sizə tövsiyyəsi, iradı oldu.- Bunu etmək olmazdı da. Mənim altmış yaşım var, özüm də bilirəm. Məndən olsa bu barədə danışmazdım. Deyə bilərəm ki, haqqımda çıxarılan qərar düzgündür. O şeir çap olunmamalıydı.- Bu addımınızı karyeranıza zərbə kimi dəyərləndirmək olarmı?- (gülümsəyir) Bu, baş verməməliydi.- Bəziləri deyirlər ki, o, şeirdən daha çox mədhiyyədir.- Qətiyyən. Tanıyanlar bilirlər ki, mən məddahlıqdan uzağam və necə şəxsiyyətəm.- Başqa bir fikir də var ki, sizin rəhbərlik etdiyiniz şöbədə vəziyyət yaxşı olmadığı üçün yazılıb. Yəni günahını yumaq məsələsi...- Hamısı elə-belə söhbətlərdir.- Vəzifəli şəxsə ithaf etdiyiniz ilk şeirdir?- Mənim ithaflardan ibarət bir qəzet səhifəsi həcmində şeirlərim çıxıb. Qəzetlərdə var, gedin vərəqləyin. Hətta kitablarımın birində ayrıca ithaf bölməsi var və 40 adama şeir həsr etmişəm.- Bundan sorna hansısa vəzifəli şəxsi şeir ithaf eədəcəksiniz?- Şeir yazmaq məndən asılı olan iş deyil.- Yəni bu, sizə dərs oldumu?- Altmış yaşında...Ölkə.az