Görüş vətəndaşların rahatlığı üçün həftəsonuna təyin edilib
Azərbaycanın ədliyyə nazirinin görüş vaxtı dəyişdirilib.
Ədliyyə nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, nazir, məhkəmə-hüquq şurasının sədri Fikrət Məmmədovun Xaçmazda vətəndaşların noyabrın 14-nə nəzərdə tutulan qəbulu təxirə salınıb. Görüşün vaxtı əhalinin rahatlığı nəzərə alınaraq noyabrın 16-na (şənbə gününə) keçirilib.