Nazirlər Kabineti "Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"ni təsdiq etdi

Nazirlər Kabineti "Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"ni təsdiq etdi
Bütün Xəbərlər
15:05 09.10.2012
5222
Nazirlər Kabineti "Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin təsdiq edib.
AZXEBER.COM-un Nazirlər Kabinetinin rəsmi saytına istinadla verdiyi məlumata görə, nizamnamə "Təhsil haqqında" qanuna əsasən hazırlanıb və tabeliyindən, təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətini tənzimləyir.Məktəbəqədər təhsil müəssisəsi mülkiyyət növünə görə dövlət, bələdiyyə və özəl məktəbəqədər təhsil müəssisələrinə bölünür. Məktəbəqədər təhsil müəssisəsinin növləri aşağıdakılardır:Körpələr evi;Körpələr evi-uşaq bağçaları;Uşaq bağçaları;Xüsusi uşaq bağçaları.Məktəbəqədər təhsil müəssisəsində aşağıdakı qruplar təşkil olunur:körpələr qrupu (1-2 yaşlı uşaqlar üçün);körpələr qrupu (2-3 yaşlı uşaqlar üçün);orta qrup (3-4 yaşlı uşaqlar üçün);böyük qrup (4-5 yaşlı uşaqlar üçün);məktəbə hazırlıq qrupu (5-6 yaşlı uşaqlar üçün).Xüsusi uşaq bağçaları aşağıda göstərilən sağlamlıq imkanları məhdud uşaqlar üçün yaradılır:nitq pozulmaları (ağır nitq qüsurları, nitqin fonetik-fonematik ləngliyi, kəkələmə və ayrı-ayrı səslərin tələffüz pozulmaları) olanlar üçün;eşitmə pozulmaları (karlar, zəifeşidənlər və sonradan karlaşanlar) olanlar üçün;görmə pozulmaları (korlar, zəifgörənlər, çəpgözlər və s.) olanlar üçün;əqli (psixi) pozuntuları (əqli cəhətdən gerilik, psixi inkişaf ləngliyi, ağır əqli gerilik) olanlar üçün;dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları və skolioz xəstəliyi olanlar üçün;ağır çatışmazlığı olanlar, o cümlədən kar-korlar üçün;emosional-iradi sahədə və davranışında çatışmazlıq olanlar üçün;vərəm intoksikasiyası olanlar üçün;bütün birləşmiş ağır anomaliyaları olanlar üçün;xroniki somatik xəstəlikləri olanlar üçün.Məktəbəqədər təhsil müəssisəsinə 1 yaşdan 6 yaşadək (6 yaş daxil olmaqla) uşaqlar qəbul edilirlər. Məktəbəqədər təhsil müəssisəsinin uşaqlarla komplektləşdirilməsi zamanı uşaq kontingenti məktəbəqədər təhsil müəssisəsinin növünə və uşaqların yaşına uyğun formalaşdırılır. Məktəbəqədər təhsil müəssisəsində qrupların sayı tədris prosesinin şəraitindən və sanitar normalardan asılı olaraq müəyyənləşdirilir.Məktəbəqədər təhsil müəssisəsində qruplar üzrə uşaqların sıxlığı aşağıdakı kimi müəyyənləşdirilir:1 yaşdan 2 yaşadək -152 yaşdan 3 yaşadək - 153 yaşdan 4 yaşadək - 204 yaşdan 5 yaşadək - 205 yaşdan 6 yaşadək - 20Müxtəlifyaşlı uşaqlar üçün qruplarda1-3 yaşlı - 103-6 yaşlı - 15Qrupların komplektləşdirilməsi hər ilin may ayından başlayaraq sentyabr ayınadək həyata keçirilir, boş yerlərə isə uşaqların qəbulu il ərzində aparılır.Uşaqların məktəbəqədər təhsil müəssisəsinə qəbulu üçün aşağıdakı sənədlər tələb olunur:müəssisənin müdirinin adına ərizə;valideynin (qanuni nümayəndənin) şəxsiyyətini təsdiq edən sənədin surəti;uşaqların mübadilə vərəqəsi;uşağın doğum haqqında şəhadətnaməsinin surəti;uşağın 3x4 ölçüdə 2 ədəd fotoşəkli;sağlamlığının vəziyyəti barədə arayış.Sağlamlıq imkanları məhdud olan uşaqların məktəbəqədər təhsil müəssisəsinə qəbulu və onların orada qalma müddətinin müəyyənləşdirilməsi psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən həyata keçirilir.Dövlət məktəbəqədər təhsil müəssisəsinə, ilk növbədə, işləyən tək valideynlərin, təhsilalan anaların, I və II qrup əlillərin, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin, hərbi xidmətdə olan ataların, işsiz valideynlərin uşaqları, çoxuşaqlı ailələrdən olan uşaqlar, qəyyumluqda olan uşaqlar qəbul edilirlər.Uşaq aşağıdakı hallarda məktəbəqədər təhsil müəssisəsindən xaric edilir:valideynin (qanuni nümayəndənin) ərizəsinə əsasən;tibbi göstərişlərə əsasən;müqavilənin şərtləri yerinə yetirilmədikdə (özəl və bələdiyyə məktəbəqədər təhsil müəssisələrində).Məktəbəqədər təhsil müəssisəsinin iş rejimi ailələrin tələbatına əsasən pedaqoji şura tərəfindən müəyyənləşdirilir.Məktəbəqədər təhsil müəssisəsi 5, 6, 7 günlük və ya gecə-gündüz, 1 və ya 2 istirahət günü ilə, eləcə də dəyişkən qrafiklə işçilərə istirahət günü verilməklə işləyir.Məktəbəqədər təhsil müəssisələrinin iş rejimi 9, 10, 10,5, 12 və 24 iş saatlıq müəyyənləşdirilir.Valideynlərlə məktəbəqədər təhsil müəssisələri arasında razılaşma əsasında məktəbəqədər təhsil müəssisələrində səhər, axşam, günüuzadılmış rejimlə, eləcə də şənbə, istirahət və bayram günləri işləyən növbətçi qruplar təşkil edilir.Valideynlərin arzusuna əsasən qısamüddətli (1-3 saat), uşaqları məktəbə hazırlayan, intellektual-inkişafetdirici, bədii-estetik, kommunikativ-nitqi, ekoloji, fiziki-sağlamlaşdırıcı və digər qruplar təşkil edilir.Məktəbəqədər təhsil müəssisəsinin işçiləri ən azı ildə 2 dəfə tibbi müayinədən keçirlər. Tibbi müayinə təsisçinin hesabına həyata keçirilir.Uşaqların qidalanmasının təşkilinə nəzarət məktəbəqədər təhsil müəssisəsinin müdiri tərəfindən həyata keçirilir. Təhsil müəssisəsinin növündən, iş rejimindən və digər xüsusiyyətlərindən asılı olaraq, uşaqların gün ərzində qidalanması 3, 4 dəfə və daha çox ola bilər.Məktəbəqədər təhsil müəssisəsində tədris dili dövlət dili - Azərbaycan dilidir. Valideynlərin istəyi ilə tədris məktəbəqədər təhsilin dövlət standartları əsasında digər dillərdə də aparılır.Məktəbəqədər təhsilin məzmunu dövlət təhsil standartlarına uyğun olaraq hazırlanmış proqram (kurikulum) əsasında müəyyənləşdirilir.Tədris proqramı (kurikulum) uşaqların yaşı və fərdi xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilir.Dövlət məktəbəqədər təhsil müəssisəsinin fəaliyyəti aşağıdakı hallarda dayandırılır:müəssisədə əsaslı təmir aparıldıqda;fövqəladə hallarda.Müəssisədə uşaqların sayı normadan az olduqda dövlət məktəbəqədər təhsil müəssisəsi ləğv edilir.Dövlət məktəbəqədər təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması və ləğv edilməsi yerli icra hakimiyyəti orqanlarının (şəhər rayonu icra hakimiyyəti istisna olmaqla) qərarına əsasən həyata keçirilir.Özəl və bələdiyyə məktəbəqədər təhsil müəssisəsinin yaradılması, genişləndirilməsi, yenidən təşkili, fəaliyyətinin dayandırılması və ləğv edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən həyata keçirilir.
OXŞAR XƏBƏRLƏR