Nazirlidən büdcəyə 5,2 milyard manat

Nazirlidən büdcəyə 5,2 milyard manat
Bütün Xəbərlər
19:14 13.11.2012
789
Bu ilin yanvar-oktyabr aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 5 milyard 259 milyon 784,2 min manat təşkil edib. Nazirliyin Analitik-informasiya şöbəsindən verilən məlumata görə, bu məbləğin 39,3 faizi mənfəət vergisinin, 23,1 faizi əlavə dəyər vergisinin, 12,6 faizi fiziki şəxslərin gəlir vergisinin, 7,7 faizi aksizlərin, 17,3 faizi isə digər vergilərin payına düşür.Qeyri-neft-qaz sektoru üzrə 2 milyard 768 milyon 900 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 13,9 faiz çoxdur.Yanvar-oktyabr aylarında respublika üzrə 60 min 668 vergi ödəyicisi qeydiyyata alınıb. 2011-ci ilin iyul ayının 1-dən cari ilin noyabr ayının 1-dək 47 min 485 fiziki şəxs elektron qaydada qeydiyyatdan keçib. 1 noyabr 2012-ci il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 472126 olub.
OXŞAR XƏBƏRLƏR