Nəqliyyat Nazirliyi 412 min manat dövlət büdcəsi vəsait köçürüb
Nəqliyyat Nazirliyi cərimə və sanksiyalara görə 412 min manat dövlət büdcəsi vəsait köçürüb.
SalamNews xəbər verir ki, bunu Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional şöbəsinin rəis müavini Əmrah Cəfərov bildirib. Onun sözlərinə görə, cari ilin 9 ayında Nəqliyyat Nazirliyi tərəfindən taksi və ya avtobus sürücülərinə qarşı 412 min manat cərimə sanksiyası tətbiq olunub və sözü gedən məbləğ dövlət büdcəsinə köçürülüb.