Qəza zamanı xəsarət alanların şəxsiyyəti hələlik açıqlanmayıb
Fövqəladə Hallar Nazirliyi gecə saatlarında Bakının Nizami rayonu ərazisində baş vermiş ağır yol nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
AZXEBER.COM-un FHN-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus “Hundai-Santa Fe” markalı minik avtomobili ilə “VAZ” markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol qəzası baş verib. Yanğın nəticəsində “VAZ” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Qəza zamanı şəxsiyyətləri məlum olmayan 3 nəfər (2 sürücü 1 sərnişin) aldığı müxtəlif bədən xəsarətləri ilə Sabunçu rayon 3 saylı şəhər xəstəxanasına aparılıb. Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub. Yanğın saat 00:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.