Nazirlik əcnəbi gəncləri mükafatlandırdı

GƏNCLİK
17:56 14.12.2012
1302

Azərbaycan gənclər ölkəsidir. Nazirliyimiz də bu istiqamətdə öz fəaliyyətini genişləndirən bir dövlət qurumudur. Bu gün Azərbaycanda əhalinin 60 faizə qədərini gənclər təşkil edir ki, bu da çox böyük göstəricidir.AZXEBER.COM-un məlumatına görə, bu fikirləri gənclər və idman nazirinin müavini İntiqam Babayev argentinalı gənclərlə bu gün görüşü zamanı deyib.O qeyd edib ki, bu səfər ölkə gəncləri arasında əməkdaşlığı daha da inkişaf etdirəcək.“İnanıram ki, bu sizin ilk səfəriniz olsa da davamlı olacaq. Belə ki, ölkəmiz haqqında dəyərli və faydalı məlumatlar əldə edərək öz ölkənizdə təbliğ edəcəksiniz”.Daha sonra nazir müavini nazirliyin fəaliyyəti haqqında gənclərə geniş məlumat verərək bildirib ki, təkcə bu il üçün 1500-2000-dən çox gənc nazirliyin müxtəlif mübadilə proqramlarında iştirak edib. Eyni zamanda nazirliyin bu gün 62 ölkə ilə gənclər sahəsində əməkdaşlıq etdiyini dilə gətirib.Qeyd edək ki, argentinalı gənclər Gənclər və İdman Nazirliyinin və Xarici İşlər Nazirliyinin birgə təsdiq etdiyi Əsasnaməyə əsasən xarici ölkələrin gəncləri arasında “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda esse yazı müsabiqəsinin qalibi olaraq ölkəmizdədirlər.Nazir müavini bildirib ki, bu müsabiqə nəticəsində 15 ölkənin gəncləri Azərbaycana gəliblər.“Müsabiqələrin keçirilməsində əsas məqsədimiz xarici ölkələrin tələbələri arasında Azərbaycan haqqında məlumatlandırmanı artırmaq, gənc tədqiqatçıların Azərbaycanı yaxından öyrənmələrini təşviq etmək, ölkəmiz barəsində elmi-tədqiqat fəaliyyətlərini həvəsləndirmək, Azərbaycanı öyrənən və təbliğ edən yeni gənc tədqiqatçıları müəyyənləşdirməkdir”.Daha sonra isə qaliblər Gənclər və İdman Nazirliyinin xüsusi diplomları və hədiyyələri ilə İ.Babayev tərəfindən mükafatlandırılıblar.Öz növbəsində argentinalı gənclər də ölkəmizdə olduqlarından məmnun olduqlarını dilə gətiriblər.Qeyd edək ki, ilkin olaraq müsabiqənin Argentinadan olan qaliblərinin 11 nəfər tərkibdə (1-i rəhbər olmaqla) səfəri 14-24 dekabr tarixlərini əhatə edir.

OXŞAR XƏBƏRLƏR