Naxçıvan Muxtar Respublikası (MR) Fövqəladə Hallar Nazirliyi (FHN) nazirliyin əməkdaşının ölümünə aydınlıq gətirib.
Naxçıvan MR FHN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, yanvarın 18-də nazirliyin əməkdaşıQadir Şamil oğlu İsmayılovun dəm qazından boğularaq ölməsi barədə mətbuatda yayılan məlumat əsassızdır: “Belə ki, Qadir İsmayılov gecə saatlarında yaşadığı evin hamamında yuyunarkən ehtiyatsızlıqdan yıxılaraq başından ağır zədə alıb. Təcili xəstəxanaya çatdırılan Qadir İsmayılov beyninə qan sızması nəticəsində dünyasını dəyişib”. Qeyd edək ki, bir neçə gün əvvəl Q. İsmayılovun yaşadığı evdə dəm qazından boğularaq ölməsi barədə məlumat yayılıb.