Nazirlik mindən çox əlili istirahətə göndərdi

Nazirlik mindən çox əlili istirahətə göndərdi
Bütün Xəbərlər
10:37 25.08.2014
739
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu ilin yaz-yay mövsümündə 1062 nəfər əlilliyi olan şəxsi istirahət-sağlamlıq mərkəzlərində istirahətə göndərib.ƏƏSMN-dən verilən məlumata görə, son olaraq 81 nəfər əlilliyi olan şəxs Şəki rayonunda yerləşən istirahət mərkəzlərinə yola salınıb.Qeyd edək ki, ƏƏSMN-nin müvafiq əmri ilə təsdiqlənmiş “2014-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”nda nəzərdə tutulan əlilliyi olan şəxslərin istirahətinin təşkili işləri uğurla həyata keçirilib.Proqrama əsasən, cari ilin yaz-yay mövsümündə 1062 nəfər bu kateqoriyadan olan şəxs ölkəmizin bölgələrindəki istirahət-sağlamlıq mərkəzlərində istirahətə göndərilib.
OXŞAR XƏBƏRLƏR