Nazirlik Minsk qrupunun həmsədrlərini utancaqlıqda ittiham etdi

Nazirlik Minsk qrupunun həmsədrlərini utancaqlıqda ittiham etdi
Bütün Xəbərlər
15:00 19.12.2012
956
ATƏT-in Minsk qrupunun həmsədrləri lazım olan prinsipiallığı göstərmirlər. 
Bunu jurnalistlərə xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.
O qeyd edib ki, Xankəndi hava limanının açılışı ilə bağlı məsələdə ATƏT-in Minsk qrupunun həmsədrləri utancaq mövqedə dururlar.
"Onlar anlamalıdırlar ki, Ermənistan bu cür təhrikedici addımı atsa, böyük bir böhran ola bilər. Azərbaycan ümumiyyətlə bu qeyri-qanuni aktı bağışlamayacaq və susmayacaq", - nazir müavini deyib.
Ermənistanın danışıqlar prosesindən yayınmasının həmin ölkədə qarşıdan gələn prezident seçkiləri ilə bağlılığı barədə sualı cavablandıran Əzimov bildirib ki, hər 4 ildən bir seçkilər keçirilir və artıq Ermənistanın bu addımını seçkilərlə izah etmək olmaz.
"Ermənistan rəhbərliyi, ümumiyyətlə, məsələnin həll edilməsində maraqlı deyil", - XİN rəsmisi deyib.
OXŞAR XƏBƏRLƏR