BAKU AZƏRBAYCAN
7°C
euro 1.8398
dollar 1.7000
rubl 0.0224
lirə 0.2510

Nazirlik tibbi maskaların qiymətinin artmasına münasibət bildirib

Nazirlik tibbi maskaların qiymətinin artmasına münasibət bildirib
SAĞLAMLIQ
20:10 24.02.2020
3767
İqtisadiyyat Nazirliyi tibbi maskaların qiymətinin artmasına münasibət bildirib.
 
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, məlum olduğu kimi, son zamanlar dünyada tibbi maskalara tələbat artıb.
 
Azərbaycana tibbi maskalar xarici ölkələrdən idxal olunur. Bu ölkələrdə qiymət artımı Azərbaycanda da tibbi maskaların pərakəndə satış qiymətinə təsir edib: "Bununla belə, istehlak bazarında baş verən qiymət dəyişiklikləri ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müvafiq araşdırmalar aparılır və qiymətlərdə süni artım müəyyən edildiyi halda qanunvericiliyə uyğun tədbirlər görüləcək".
 
apa.az

OXŞAR XƏBƏRLƏR