Nazirlikdən ayaqları kəsilib baxımsız vəziyyətə düşən əsgərlə bağlı - AÇIQLAMA

Nazirlikdən ayaqları kəsilib baxımsız vəziyyətə düşən əsgərlə bağlı - AÇIQLAMA
Bütün Xəbərlər
14:28 04.03.2015
1512

Dünən ötən ilin yayında ermənilərin Ağdam istiqamətindəki hücumunun qarşısını alarkən ağır yaralanaraq hər iki ayağını itirən Azərbaycan əsgəri Sərxan Tahirzadənin qarşılaşdığı problemlərdən, ona olan biganəlikdən xəbər vermişdi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bu gün bu məsələ ilə bağlı açıqlama yayılıb.

Açıqlamada deyilir ki, Sərxan Tahirzadənin sosial müdafiəsinin təmin edilməsi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən öz səlahiyyətləri çərçivəsində bütün müvafiq işlər aparılıb.

Bununla bağlı qaziler.az saytı açıqlama yayıb. Açıqlamada deyilir:

“Qaziler.az saytında ötən ilin iyulun 30-dan avqustun 1-nə keçən gecə ermənilərin Ağdam istiqamətindəki hücumunun qarşısını alarkən ağır yaralanaraq hər iki ayağını itirən əsgər Sərxan Tahirzadənin qarşılaşdığı problemlərdən, ona olan biganəlikdən bəhs edilən yazıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qəbul şöbəsinin Bayram adlı şəxsin, Azərsığorta Dövlət Şirkətinin və Lənkəran Rayon İcra Hakimiyyətinin adları çəkilib. Saytın təsisçisi olan “Qarabağ qaziləri” birliyi dəfələrlə bəyan edib ki, Səlim Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri təyin edildiyi gündən Qarabağ əlillərinə, şəhid ailələrinə diqqət və qayğının artdığı nəzərəçarpacaq dərəcədə his olundu. Və onun bu qəbildən olan insanlara yanaşmasını təqdir edib.

Hazırda müharibə insanlarının problemləri ilə az-çox məşğul olan elə bu nazirlik və şəxsən Səlim Müslümovdur. Amma elə məsələlər var ki, şəxsən onluq deyil. Məsələn hazırda cəbhədə yaralanaraq I qrup olan əsgərə dövlət tərəfindən 77 manat pensiya, 150 manat isə prezident təqaüdü verilir. Və bu, çox azdır. Bu məsələ dərhal və ciddi şəkildə müzakirə edilməlidir. Nazirlik səlahiyyətləri çərçivəsində öhdəsinə düşəni edib və edir. Amma Sərxan Tahirzadənin anası ilə nazirliyin qəbul şöbəsində Bayram adlı şöbə müdiri tərəfindən təhqir edilməsi yolverilməzdir. Yaxşı olar ki, nazirlik araşdırma aparıb bu məsələyə aydınlıq gətirsin.

Özü də bu, birinci hal deyil. Bu Bayram kimdirsə, dəflərlə Qarabağ əlilini təhqir edib. Qaziler.az saytında o, üç yazıda tənqid edilib. S.Tahirzadənin digər problemi isə onun yaralandığına görə hələ də sığorta ala bilməməsidir. Bu da bir başa neçə müddətdir şəhidlərin və qazilərin qan pulunu verməyən Azərsığorta Dövlət Şirkətinin məsuliyyətidir. Başqa problem isə Lənkəran Rayon İcra Hakimiyyətindədir”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
06:06 15.08.2025
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
04:01 15.08.2025
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
00:03 15.08.2025
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
23:54 14.08.2025
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər