"Müğənni Nadir Qafarzadənin Abşeron rayonu Qobu qəsəbəsinin Mədəniyyət sarayının direktoru vəzifəsinə təyin olunması ilə bağlı yayılan xəbərlər düz deyil".
Bunu Abşeron Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri İlham Manafov deyib.
İ.Manafov N.QafarzadəninAbşeron rayonunun mədəni-kütləvi tədbirlərində fəal iştirak etdiyini bildirib: "May ayında keçirilən tədbirlərin birində mənə dövlət işində çalışmaq üçün müraciət etdi. Mən dəbildirdim ki, hazırda ona münasib, uyğun yerimiz yoxdur. Gələcəkdəmədəniyyət evində, klublarımızın birində boş yer olsa, Nadir Qafarzadənin işlə bağlı təklifinə müsbət cavab verə bilərik".
İlham Manafov Qobu Mədəniyyət sarayının direktoru postunun boş olduğunu, hazırda həmin vəzifəni müvəqqəti olaraq Vüqar İsrafilov adlı şəxsin icra etdiyini bildirib.
Qeyd edək ki, müğənni Nadir Qafarzadə "Qafqazinfo"ya açıqlamasındaQobu Mədəniyyət sarayının direktoru vəzifəsinə təyin olunduğunu deyib.