Nazirlikdən pambıqçı fermerlərin şikayətləri ilə bağlı açıqlama: Subsidiyalar tam ödənilib

Nazirlikdən pambıqçı fermerlərin şikayətləri ilə bağlı açıqlama: Subsidiyalar tam ödənilib
SOSİAL
10:37 13.11.2026
76
Son günlər ayrı-ayrı fermerlər tərəfindən bəzi pambıq tədarükçüsü şirkətləri tərəfindən təhvil alınmış pambıq məhsulunun dəyərinin ödənilməməsi və ya ödənişlərin gecikdirilməsi ilə bağlı müxtəlif media resurslarında və sosial şəbəkələrdə yenidən müraciətlər yayımlanır.

Bununla əlaqədar bildiririk ki, həmin pambıq istehsalçılarının bir qismi yenidən Kənd Təsərrüfatı Nazirliyində qəbul edilib, müraciətlərində qaldırılan məsələlər dinlənilib və yaranmış vəziyyətlə bağlı ətraflı izahat verilib. Görüş zamanı pambıq tədarükü prosesində tərəflərin hüquq və öhdəlikləri, dövlət subsidiyasının ödənilməsi mexanizmi və problemin hüquqi həlli yolları barədə məlumat təqdim olunub.

Qeyd olunan məsələlərlə əlaqədar bir daha bildiririk ki, Azərbaycanda pambıq istehsalçıları ilə pambıq emalı və tədarükü ilə məşğul olan şirkətlər arasında münasibətlər, bir qayda olaraq, "Müqaviləli əkinçilik” (Contract Farming) modeli əsasında tənzimlənir. Bu çərçivədə tərəflərin hüquq və öhdəlikləri qarşılıqlı qaydada imzalanmış müqavilələrlə müəyyən edilir.

Müvafiq müqavilə şərtlərinə əsasən, istehsal mövsümü ərzində şirkətlər tərəfindən fermerlərə verilmiş avanslar, həmçinin təqdim olunmuş mineral gübrə, pestisid, toxum və göstərilmiş texniki xidmətlərin dəyəri mövsümün sonunda təhvil verilmiş pambıq məhsulunun ümumi dəyərindən çıxılır. Qalan məbləğin fermerə ödənilməsi isə məhsulu tədarük edən şirkətin müqavilə üzrə öhdəliyidir.

Qeyd edirik ki, dövlət tərəfindən pambıqçılığın inkişafının stimullaşdırılması məqsədilə fermerlərə istehsal edib tədarük məntəqələrinə təhvil verdikləri pambıq məhsuluna görə əlavə məhsul subsidiyası ödənilir. Bu subsidiya əvəzsiz və geri qaytarılmayan dövlət dəstəyi tədbiridir.

Pambıq istehsalçılarına subsidiyaların ödənilməsi Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” əsasında həyata keçirilir.

Daxil olan fermer şikayətlərində adı çəkilən tədarükçü şirkətə və bu şirkətə pambıq təhvil vermiş fermerlərə 2025-ci ildə istehsal etdikləri pambıq məhsulu üçün məhsul subsidiyası Nazirlik tərəfindən tam olaraq ödənilib. Fermerlərin əsas narazılığı isə təhvil verdikləri pambıq məhsulunun dəyərinin müvafiq şirkət tərəfindən ödənilməməsi və ya gecikdirilməsi ilə bağlıdır.

Bildiririk ki, pambıq tədarükü və emalı ilə məşğul olan şirkətlər özəl hüquqi şəxslərdir və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərmirlər. Bu səbəbdən Nazirlik və onun tabeliyində fəaliyyət göstərən Aqrar Kredit və İnkişaf Agentliyi fermerlərlə özəl şirkətlər arasında bağlanmış müqavilələr üzrə tərəf hesab olunmur və tərəflər arasındakı müqavilə münasibətlərinə birbaşa müdaxilə etmək səlahiyyətinə malik deyillər.

Bildiririk ki, müqavilə şərtlərinin pozulması halında tərəflər qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər. Pambıq tədarükü ilə məşğul olan şirkətlər tərəfindən təhvil alınmış məhsulun dəyərinin ödənilməməsi ilə bağlı yaranan mübahisələrin hüquqi müstəvidə həlli məqsədilə pambıq istehsalçılarının da məhkəməyə müraciət etmə hüquqları var.

Eyni zamanda, fermerlərin üzləşdiyi problemin həlli və pambıq tədarükü sahəsində müqavilə öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Nazirlik tərəfindən pambıq tədarükü və emalı ilə məşğul olan şirkətlərlə mütəmadi müzakirələr aparılır. Şirkətlərə fermerlər qarşısında götürdükləri müqavilə öhdəliklərinə ciddi riayət etmələri, təhvil aldıqları pambıq məhsulunun dəyərini müqavilə şərtlərinə uyğun olaraq vaxtında və tam şəkildə ödəmələri ilə bağlı müvafiq tövsiyələr verilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Meyiti tapılan Mirzəcan baba ilə bağlı - Yeni detallar
10:56 13.11.2026
Meyiti tapılan Mirzəcan baba ilə bağlı - Yeni detallar
Bakıda qadın sürücü həmcinsini vurub öldürdü
10:45 13.11.2026
Bakıda qadın sürücü həmcinsini vurub öldürdü
“Kontakt”da ilin ən böyük endirimləri başladı
10:40 13.11.2026
“Kontakt”da ilin ən böyük endirimləri başladı
Nazirlikdən pambıqçı fermerlərin şikayətləri ilə bağlı açıqlama: Subsidiyalar tam ödənilib
10:37 13.11.2026
Nazirlikdən pambıqçı fermerlərin şikayətləri ilə bağlı açıqlama: Subsidiyalar tam ödənilib
Qubada ağır qəzada ölən gənc 4-cü kurs tələbəsi imiş
10:33 13.11.2026
Qubada ağır qəzada ölən gənc 4-cü kurs tələbəsi imiş
Bakıda narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib
10:23 13.11.2026
Bakıda narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib
Özünüməşğulluq proqramı ilə verilən əmlakın geri alınması üçün əvvəlcə inzibati akt qəbul edilməlidir
10:21 13.11.2026
Özünüməşğulluq proqramı ilə verilən əmlakın geri alınması üçün əvvəlcə inzibati akt qəbul edilməlidir
Bakıda bəzi ərazilərdə qaz olmayacaq
09:52 13.11.2026
Bakıda bəzi ərazilərdə qaz olmayacaq
IMF: Azərbaycan, Qazaxıstan və Türkmənistan geosiyasi çağırışlar fonunda fayda əldə edəcək
09:49 13.11.2026
IMF: Azərbaycan, Qazaxıstan və Türkmənistan geosiyasi çağırışlar fonunda fayda əldə edəcək
Ağsuda 69 yaşlı piyadanı avtomobil vuraraq öldürüb
09:45 13.11.2026
Ağsuda 69 yaşlı piyadanı avtomobil vuraraq öldürüb
Mingəçevirdə parkda dava: Attraksion nəzarətçisi bıçaqlandı
09:33 13.11.2026
Mingəçevirdə parkda dava: Attraksion nəzarətçisi bıçaqlandı
Səfir: Britaniya-Azərbaycan münasibətləri strateji tərəfdaşlığın elanı ilə daha da möhkəmlənib
09:22 13.11.2026
Səfir: Britaniya-Azərbaycan münasibətləri strateji tərəfdaşlığın elanı ilə daha da möhkəmlənib
MİDA Hövsan, Binəqədi, Şirvan və Yevlaxda güzəştli mənzilləri satışa çıxarır
09:10 13.11.2026
MİDA Hövsan, Binəqədi, Şirvan və Yevlaxda güzəştli mənzilləri satışa çıxarır
Ağstafada iki avtomobil toqquşub, xəsarət alanlar var
09:02 13.11.2026
Ağstafada iki avtomobil toqquşub, xəsarət alanlar var
İranda müharibənin səbəb olduğu neft sızması Fars körfəzinin dəniz canlılarını təhlükə altına salır
08:55 13.11.2026
İranda müharibənin səbəb olduğu neft sızması Fars körfəzinin dəniz canlılarını təhlükə altına salır
Məşhur bloqer oğurlanan superkarını internetdə yayılan videoda küçədə "drift" edərkən gördü
08:48 13.11.2026
Məşhur bloqer oğurlanan superkarını internetdə yayılan videoda küçədə "drift" edərkən gördü