İqtisadiyyat və Sənaye Nazirliyi siqaretin yenidən bahalaşması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Abbas Əliyev açıqlamasında qeyd edib ki, tütün məmulatlarının qiymətləri tənzimlənən mal və xidmətlərin siyahısına daxil deyil: “Siqaretin qiyməti bazarda tələb və təklif əsasında formalaşır. Bununla belə, nazirlik istehlak bazarında süni qiymət artımına yol verilməməsi üçün nəzarət tədbirlərini davam etdirir”.
Qeyd edək ki, siqaretin və bir sıra ərzaqların qiymətində 50-70 faiz artım müşahidə olunub.
Xatırladaq ki, ötən ilin sonunda Azərbaycanda baş verən ikinci devalvasiyadan sonra gömrük və vergi sistemində şəffaflığın təmin ediləcəyi, monopoliyanın aradan qaldırılacağı ilə bağlı hökumət rəsmiləri tərəfindən açıqlamalar verilmişdi.
///Qafqazinfo