Nazirlikdən taksi şirkətlərinə XƏBƏRDARLIQ

Nazirlikdən taksi şirkətlərinə XƏBƏRDARLIQ
SOSİAL
16:13 17.05.2023
337
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə bildirilib ki, ölkə ərazisində sərnişindaşıma sisteminin təşkilini təkmilləşdirmək məqsədilə taksi xidməti kompleks şəkildə tədqiq olunub. Belə ki, daha səmərəli idarəetmə sistemi yaratmaqla taksi xidmətinin keyfiyyətinin yüksəldilməsi imkanları araşdırılıb.

Bu barədə AZXEBER.COM-a nazirlikdən məlumat verilib. Hazırda ölkə ərazisində minik avtomobilləri ilə taksi xidməti göstərən, eyni zamanda taksi xidmətlərinin təşkili, sifarişlərin idarə olunmasını həyata keçirən yerli və xarici şirkətlər mövcuddur. Əksər şirkətlərin məlumat bazası xarici ölkələrdə yerləşir və bu da "Fərdi məlumatlar haqqında” Qanuna ziddir. Qanuna əsasən, ölkəmizdə fərdi məlumatların informasiya sistemləri dövlət qeydiyyatından keçməlidir. Yalnız bundan sonra fərdi məlumatların toplanılmasına və işlənilməsinə icazə verilir.

Vurğulanıb ki, taksi minik avtomobilləri ilə sərnişin daşımaları sahəsində yeni dövlət siyasətinin formalaşdırılması və islahat mexanizmlərinin tətbiqi istiqamətində mütəmadi olaraq tədbirlərin həyata keçirilməsi zəruridir.

Görüş iştirakçılarına taksi fəaliyyətini tənzimləyən və taksi minik avtomobillərinə dair tələbləri müəyyən edən Nazirlər Kabinetinin 2019-cu il 4 mart tarixli 73 nömrəli Qərarından irəli gələn məsələlər ətraflı izah olunub. Qeyd edilib ki, sərnişindaşımanı yerinə yetirən taksi nəqliyyat vasitələri milli və beynəlxalq standartlara və normativlərə uyğun texniki təchizata və ekoloji standartlara uyğun olmalıdır. Tələblərə əsasən daşımalarda istifadə edilən taksi minik avtomobilləri müvafiq rəngdə olmalı, nəqliyyat vasitəsinin salonunda sürücü və daşınma tarifi haqqında məlumat lövhələri yerləşdirilməlidir. Taksi minik avtomobillərinin sürücüləri etik davranış qaydalarına və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər.

Taksi fəaliyyətinə cəlb oluna biləcək şirkət və nəqliyyat vasitəsinə qarşı tələblər izah edilərkən bildirilib ki, sərnişin daşımaları müvafiq icazəsi olan şəxslər tərəfindən yerinə yetirilə bilər. İcazə "Lisenziyalar və icazələr haqqında” Qanuna əsasən, taksi minik avtomobilləri üçün "Fərqlənmə nişanı” alınmalıdır. "Fərqlənmə nişanı”nı almaq üçün onlayn qaydada "e-fn.ayna.gov.az” ünvanına, həmçinin Bakı, Yevlax və Xaçmaz KOB evlərində AYNA-nın xidmət mərkəzlərinə müraciət etmək mümkündür.

Sonda taksi şirkətlərinə qısa müddət ərzində qeyd olunan çatışmazlıqları aradan qaldırmaq və fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkil etmək barədə tapşırıq verilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: İran razılaşmasa, körpülərini və elektrik stansiyalarını məhv edəcəyik
19:10 28.07.2026
Tramp: İran razılaşmasa, körpülərini və elektrik stansiyalarını məhv edəcəyik
Zidan Fransa futbol yığmasının baş məşqçisi təyin olundu
18:57 28.07.2026
Zidan Fransa futbol yığmasının baş məşqçisi təyin olundu
Oman Hörmüz boğazı ilə bağlı yeni planı İrana təqdim etdi
18:39 28.07.2026
Oman Hörmüz boğazı ilə bağlı yeni planı İrana təqdim etdi
Husilərin hücumundan sonra "Saudi Aramco" Cizan neft emalı zavodunu bağlayıb
18:29 28.07.2026
Husilərin hücumundan sonra "Saudi Aramco" Cizan neft emalı zavodunu bağlayıb
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb
18:10 28.07.2026
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb
700 bal toplayan Samir danışdı: "Həm çalışır, həm də oyun oynayırdım"
17:59 28.07.2026
700 bal toplayan Samir danışdı: "Həm çalışır, həm də oyun oynayırdım"
Aztəminatlı ailələr niyə daha çox uşaq sahibi olur? – Sosioloq açıqladı
17:47 28.07.2026
Aztəminatlı ailələr niyə daha çox uşaq sahibi olur? – Sosioloq açıqladı
Motosiklet sürücülərinin narazılığına FHN-dən REAKSİYA
17:34 28.07.2026
Motosiklet sürücülərinin narazılığına FHN-dən REAKSİYA
Qəbul imtahanının nəticələri açıqlandı – 17 nəfər 400 bal topladı
17:29 28.07.2026
Qəbul imtahanının nəticələri açıqlandı – 17 nəfər 400 bal topladı
Arzumla bağlı canlı yayımı 86 min insan izlədi
17:21 28.07.2026
Arzumla bağlı canlı yayımı 86 min insan izlədi
YAP Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirildi
17:11 28.07.2026
YAP Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirildi
Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər
17:00 28.07.2026
Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər
Yayda estetik əməliyyat etdirmək olar?
16:48 28.07.2026
Yayda estetik əməliyyat etdirmək olar?
Ailə dəyərləri qorunur, yoxsa əvvəlki kimi deyil? - "Hər şey pula satılıb, ona görə qorunmur" – VİDEOSORĞU
16:29 28.07.2026
Ailə dəyərləri qorunur, yoxsa əvvəlki kimi deyil? - "Hər şey pula satılıb, ona görə qorunmur" – VİDEOSORĞU
Azərbaycanda ilk dəfə beynəlxalq yeniyetmələr qolf turniri keçirildi - FOTOLAR
16:14 28.07.2026
Azərbaycanda ilk dəfə beynəlxalq yeniyetmələr qolf turniri keçirildi - FOTOLAR
Mobil nömrəyə çox pul verənlər nə düşünür? - Ekspert açıqladı
16:10 28.07.2026
Mobil nömrəyə çox pul verənlər nə düşünür? - Ekspert açıqladı