DİN mətbuat xidmətindən AZXEBER.COM-a daxil olan məlumatda bildirilir ki, polis əməkdaşları tərəfindən qanunçuluğun pozulması, vəzifə səlahiyyətlərinin lazımi qaydada icra edilməməsi barədə bütün şikayətlər operativ və obyektiv araşdırılmış, adekvat intizam tədbirləri görülüb.
Müvafiq sahədə fəaliyyətin davamı olaraq Baş Dövlət Yol Polisi İdarəsində də şikayətlərin qəbulunu həyata keçirən “Qaynar xətt” xidməti yaradılıb. Nazirlik vətəndaşlara müraciət edərək bildirir ki, bununla əlaqədar həmin qurumun əməkdaşlarının qanunsuz hərəkətləri barədə “102” xidməti ilə yanaşı “902” telefon nömrəsinə də məlumat verə bilərlər:
“Hər bir müraciət üzrə dərhal və qısa müddətdə qanunauyğun tədbirlərin görülməsi, qarşılaşdığınız və ya şahidi olduğunuz neqativ halların hərtərəfli və obyektiv araşdırılması təmin ediləcəkdir. Qanunçuluğun qorunması işinə verəcəyiniz töhfələrə görə əvvəlcədən təşəkkür edirik”.