Nazirliyin şöbə müdiri və üç əməkdaşı işdən çıxarıldı

Nazirliyin şöbə müdiri və üç əməkdaşı işdən çıxarıldı
Bütün Xəbərlər
13:00 18.01.2012
1171

Onlar yaş senzi ilə əlaqədar işdən uzaqlaşdırılıblar

Təhsil Nazirliyində bir neçə vəzifəli şəxs yaş senzi ilə əlaqədar təqaüdə göndərilib. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadənin verdiyi məlumata görə, nazirliyin xüsusi şöbəsinin müdiri Mircəfər Nəbiyev yaş senzi ilə əlaqədar təqaüdə göndərilib. Yaş senzi ilə əlaqədar işdən uzaqlaşdırılan digər 3 nəfər isə nazirliyin şöbələrinin işçiləridir. Təqaüdə göndərilənlərdən Musa Əhmədov strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsində, Zahid Məmmədov iqtisadiyyat şöbəsində, Nadim Nəcəfquliyev isə ali və orta ixtisas təhsili şöbəsində çalışıb. Nazirlikdən bildiriblər ki, Nadim Nəcəfquliyevin yerinə Leyla İmaməliyeva təyin olunub. Qeyd edək ki, təqaüdə göndərilən Mircəfər Nəbiyev Misir Mərdanovun yaxın qohumudur.

OXŞAR XƏBƏRLƏR