Nazpəri Dostəliyevanın qardaşı üç gün bundan öncə maşınla vurulub. AZXEBER.COM xəbər verir ki, bunu xalq artistinin prodüseri Mikayıl Hüseynov Milli.Az-a deyib. "Təxminən üç gün öncə Nazpəri xanımın qardaşını maşın vurub. O, yolu keçəndə maşın vurub. Ağır xəsarətlər aldığından onu xəstəxanaya yerləşdiriblər. Bir neçə gün xəstəxanada yatdıqdan sonra o, ötən gün böyrək çatışmazlığından dünyasını dəyişib". Prodüserdən hadisənin necə və harada olduğunu öyrənmək istəsək də bu bərədə heç bir məlumat verə bilməyəcəyini dedi.