N!DA-ya 7 nəfər rəhbərlik edəcək (SİYAHI)

N!DA-ya 7 nəfər rəhbərlik edəcək (SİYAHI)
Bütün Xəbərlər
01:53 18.09.2011
1681
Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) iclas zalında N!DA Vətəndaş Hərəkatı özünün ilk rəsmi konfransını keçirib. Təşkilatın mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, tədbirdə hərəkatın 6 aylıq fəaliyyəti müzakirə edildikdən sonra, idarə Heyətinə yeni seçkilər keçirilib. Tədbiri İdarə Heyətinin üzvü Zaur Qurbanlı açıq elan edərək, hərəkatın yarandığı gündən bu günədək 6 ay müddətində görülən işlərlə bağlı hesabat verib. Çıxışdan sonra səsvermə yolu ilə hərəkatı növbəti bir ildə idarə edəcək 7 nəfər seçilib. Belə ki, hərəkata növbəti 1 ildə Rəşadət Axundov, Zaur Qurbanlı, Turqut Qəmbər, Aygül Pəncəliyeva, Kaktus Cavadova, Üzeyir Məmmədli və Etibar Salmanlı rəhbərlik edəcəklər.
OXŞAR XƏBƏRLƏR