Neft yenidən ucuzlaşmağa başlayıb

Neft yenidən ucuzlaşmağa başlayıb
İQTİSADİYYAT
22:03 18.05.2021
587
Neft qiymətləri günorta hərracları zamanı 70 dollarlıq psixoloji həddi keçdikdən sonra yenidən azalıb. Belə ki, Avropa və ABŞ-da iqtisadiyyatın dirçələcəyinə dair ümidlərlə yanaşı, Asiya regionunda ürəkaçan olmayan epidemioloji vəziyyət neftə tələbatla bağlı narahatlığa səbəb olur.

AZXEBER.COM xəbər verir ki, Bakı vaxtı ilə saat 19.25-ə olan vəziyyətə görə "Brent” markalı neftin iyul fyüçersləri 0,35 faiz ucuzlaşaraq 69,22 ABŞ dollarından, "WTI” markalı neftin iyun fyüçersləri 0,66 faiz ucuzlaşaraq 65,84 ABŞ dollarından satılıb. Günorta hərracları zamanı həmin markaların qiymətləri müvafiq olaraq 68,84-70,23 və 65,71-67 dollar ətrafında dəyişib.

Qeyd edək ki, "Brent” markalı neft OPEC+ formatının iştirakçısı olan ölkələr tərəfindən hasilat ixtisarı nəticəsində ilin əvvəlindən bəri 35 faiz bahalaşıb. "Qiymətlərin 70 dollaradək artması neft alış-verişini daha mütəmadi hala gətirməlidir, bununla da tezliklə 71,50 dollara çatacaq” – deyə OANDA broker şirkətinin eksperti Cefri Halli qeyd edib.

Son vaxtlar Avropanın bir sıra ölkələrində və ABŞ-da peyvəndləmənin vüsət alması və karantin məhdudiyyətlərinin yumşaldılması ilə yanaşı, Asiyadakı epidemioloji vəziyyət narahatlığa əsas verir. Xüsusilə də koronavirusdan ən çox ziyan çəkən Hindistanda gündəlik yoluxma sayı 300 mindən aşağı düşsə də, dövlət müəssisələri tərəfindən benzin və dizel yanacağının daxili satışları may ayının birinci yarısında 20 faiz aşağı düşüb. Bu da bir sıra ştatlarda karantin məhdudiyyətləri səbəbindən sənayenin və istehlakın ziyan çəkdiyini göstərir.

Bununla yanaşı, İranla nüvə razılaşmasının yenilənmə ehtimalı və bu ölkənin neft bazarına tam qayıtması perspektivi də neft qiymətlərinin artımını əngəlləyən mühüm amildir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bayden xərçəng xəstəliyindən müalicəsinin gedişatını açıqlayıb
09:25 09.11.2026
Bayden xərçəng xəstəliyindən müalicəsinin gedişatını açıqlayıb
“Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun” - ABŞ-yə xəbərdarlıq
09:17 09.11.2026
“Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun” - ABŞ-yə xəbərdarlıq
Londonda Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub
09:07 09.11.2026
Londonda Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub
Kişi yanğınsöndürənləri çağırıb onların maşınını qaçırdı
08:58 09.11.2026
Kişi yanğınsöndürənləri çağırıb onların maşınını qaçırdı
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
08:44 09.11.2026
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
08:36 09.11.2026
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb
08:30 09.11.2026
Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb
Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır
08:24 09.11.2026
Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
08:17 09.11.2026
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
Tramp İranla müharibə zamanı ABŞ-nin qoruduğu ölkələrdən ödəniş tələb edib
08:03 09.11.2026
Tramp İranla müharibə zamanı ABŞ-nin qoruduğu ölkələrdən ödəniş tələb edib
Rubio: ABŞ-İran danışıqlarında irəliləyiş yoxdur
07:54 09.11.2026
Rubio: ABŞ-İran danışıqlarında irəliləyiş yoxdur
Tramp: İrana qarşı “Dəmir Qapı” əməliyyatı tam qüvvədədir
07:00 09.11.2026
Tramp: İrana qarşı “Dəmir Qapı” əməliyyatı tam qüvvədədir
Ukraynanın şəhəri işıqsız qala bilər - Əhali xəbərdar edildi
06:48 09.11.2026
Ukraynanın şəhəri işıqsız qala bilər - Əhali xəbərdar edildi
"Barselona" "Atletiko Madrid"i geridönüşlə məğlub etdi
06:36 09.11.2026
"Barselona" "Atletiko Madrid"i geridönüşlə məğlub etdi
“38 körpünü bir saata dağıda bilərik” - Tramp İranı hədələdi
06:23 09.11.2026
“38 körpünü bir saata dağıda bilərik” - Tramp İranı hədələdi
Seneqal sahillərində qayıq qəzasında ən azı 21 miqrant həlak olub
06:13 09.11.2026
Seneqal sahillərində qayıq qəzasında ən azı 21 miqrant həlak olub