Neftçala rayonunun 104 yaşlı sakini birinci səs verdi

Neftçala rayonunun 104 yaşlı sakini birinci səs verdi
Bütün Xəbərlər
12:47 23.12.2014
874
Neftçala rayonunun Yuxarı Qaramanlı kəndinin 104 yaşlı sakini İsrafil Sailov 61 saylı Neftçala seçki dairəsi dairə seçki komissiyasının 26 saylı seçki məntəqəsinə hamıdan tez gələrək bələdiyyə orqanlarına namizədlər arasında özünün layiq hesab etdiyi şəxsə səs verib.
İ.Sailov AzərTAc-a bildirib ki, o, bütün həyatı boyu seçkilərdə iştirak edib və həmişə də birinci səs verənlər arasında olub. İsrafil baba bunu özünün vətəndaşlıq borcu hesab etdiyini söyləyib.
Ümumiyyətlə, 61 saylı Neftçala seçki dairəsi üzrə budəfəki bələdiyyə seçkilərində yaşı 100-dən yuxarı olan 4 seçici iştirak edib.
OXŞAR XƏBƏRLƏR