Neftçalada bir ailənin dörd üzvü dəm qazından zəhərlənib

Neftçalada bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
HADİSƏ
23:18 10.03.2025
152
Neftçalada bir ailənin dörd üzvü dəm qazından zəhərlənib.
 
AZXEBER.COM  APA- ya istinadən xəbər verir ki,hadisə rayonun Xolqaraqaşlı kəndində baş verib.

Kənd sakinləri - 1994-cü il təvəllüdlü Məmmədova Rəqsanə Əbülfət qızı və 3 azyaşlı övladı vanna otağında olarkən zəhərləniblər.

Onlar dəm qazından zəhərlənmə diaqnozu ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan onların həyatları üçün təhlükə olmadığı bildirilib.
 

OXŞAR XƏBƏRLƏR