Neftçi ailəsində böyümək belə hissdir

Neftçi ailəsində böyümək belə hissdir
Bütün Xəbərlər
00:53 22.12.2015
1614
Sənubər Qəmbərova
Çətindir neftçi ailəsində doğulmaq. 
Gözlərini açandan insanların təcili yardıma zamansız zəngləri kimi buruqlardan gələn zənglərə alışmaq. 
Qeyri-ixtiyari dil açandan ən çox eşitdiyin terminləri əzbərləmək...
Hamı bayramlara ailəvi hazırlıqlar edəndə neftçi atanın həmin günü evdə olub olmayacağını düşünmək...
Çərşənbələrdə eyni peşədən olduğu çün yoldaşına en böyük dəstək olan, neftçi anaların qaladığı tonqalların, düzəltdiyi manqalların şahidi olmaq.
Zəlzələ günü superqəhrəmanı olan atasının buruqlarda olması, son zəng, qəbul imtahanını atanın ötürməsi... 
Toyunda gözlərinin bütün qonaqlardan daha çox dənizdə neft axtaran əmini axtarması... 
Və iki vacib tərəfin seçimində heç birinden vaz keçməyərək əminin iş saatı bitincə uzun-uzun estakadaları qaçaraq özünü sənə çatdırması...
Əzizlərini ən vacib saatlarında varlığıyla sevindirməyi belə zəhmətlə əldə eden neftçi ailəsində doğulmaq...
Təhlükəsi, təbiət şıltaqliğı, tufanı, qarı, yandırıcı günəşiylə özünə olan sevgini azalda bilmeyen nefq-qaz sahələrindəki doğma buruqlarını öz övladlarından ayırmayan ataların övladları olmaq bir başqadır. Onlar ishinə sadiq olar, övladlarına qulpundan yapışdığı işi kəmiyyətlə deyil, keyfiyyətlə sevmeyi aşılayar, bu işin özü də yalnız belə yanaşanları sevər...
Bu bir ayrı sevgidir. Onlar övladının idealına çevrilər, bu sahənin adamlarına doğmaları kimi baxar. Bu insanlarda paxıllıq, hərislik, xəbislik olmaz...
Reallığı sevər, real sevilər. Peshəsinə bəslədiyi sevgini o qədər göstərər, o qədər aşılayar ki, neftçi ailəsindən neftçi çıxar...gözlənilən ve gözlənilməyən bütün uğur ve uğursuzluğa rəğmən özünə ömürlük bu yolu seçər...şərəfli olduğu qədər eziyyetli neftçi peşəsini atmaz, satmaz qururla mühəndisəm deyər..
OXŞAR XƏBƏRLƏR