''Neftçi''nin rəqibi Avroliqadan uzaqlaşdırıla bilər

İDMAN
19:35 19.10.2012
1434

Avropa Liqasının qrup mərhələsində “Neftçi”nin rəqibi olan “Partizan” da daxil olmaqla Serbiya klubları və milli komandaları UEFA və FİFA bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılmaq təhlükəsi ilə üzləşib.

Qol.Az-ın məlumatına görə, buna Serbiya və İngiltərənin U-21 milli komandaları arasında ötən həftə keçirilən görüşdə yaşanan olaylar səbəb olub. Məsələ burasındadır ki, ingilislərin 1:0 hesabı ilə qalib gəldiyi həmin görüşdən sonra serblər “Avro-2013”ün final mərhələsində oynamaq hüququnu itirib. Görüşdə türkiyəli hakim Hüseyn Göcək hər iki komandanın doqquz futbolçuna sarı vərəqə göstərib, matçın sonlarında isə serblərin iki oyunçusu qırmızı vərəqə alıb. Oyunun uzatma dəqiqələrində ingilislər bir qol vuraraq qalib gəliblər. Bundan sonra meydanda ingilis və serb futbolçuları, həmçinin onların baş məşqçiləri arasında əlbəyaxa dava düşüb. Azarkeşlər meydançaya axışdan sonra insident daha da böyüyüb.

Hadisəyə hətta Böyük Britaniyanın baş naziri Devid Kemeron da münasibət bildirib. O, UEFA-nı Serbiya Futbol Federasiyasına təkcə maddi cəza yox, daha ciddi sanksiyalar tətbiq etməyə çağırıb. Qeyd edib ki, matç zamanı serb azarkeşlər tərəfindən ingilislərin ünvanına irqçi şüarlar da səsləndirilib.

Qeyd edək ki, artıq UEFA serb azarkeşlərin oyunun gedişatı və oyundan sonra meydançaya daxil olması ilə əlaqədar iş açıb. Bundan başqa, ingiltərəli futbolçuların yolverilməz hərəkəti də araşdırılacaq. Qitənin futbol qurumu hər iki ölkənin futbol federasiyasına məsələ ilə əlaqədar 2012-ci ilin noyabrın 22-nə qədər hesabat hazırlamağı tələb edib. Bundan sonra baş verən hadisələrlə əlaqədar yekun qərar veriləcək.

Serbiya Futbol Federasiyasının prezidenti Tomislav Karadjiç bildirib ki, onlar baş verənlərdən təəssüflənirlər: “Mən bu hadisəyə görə futbol ictimaiyyətimizdən və ingiltərəli qonaqlarımızdan üzr istəyirəm. Amma qeyd etmək istərdik ki, bu hadisədə təkcə bizim günahımız olmayıb. Serblər heç vaxt irqçi olmayıb və olmayacaqlar da”.

Qeyd edək ki, adətən, bu kimi olaylara UEFA-nın münasibəti çox sərt olur. Təsadüfi deyil ki, ən son bu ilin avqustunda Yunanıstanın PAOK klubu Avropa Liqasında Avtsriya “Rapid”inə qarşı görüşdə azarkeşlərinin meydançaya axışması səbəbindən şərti olaraq bir il müddətinə qitə miqyaslı yarışlardan uzaqlaşdırılıb. Əgər yaxın üç ildə analoji hal təkrarlanarsa, PAOK-la bağlı cəza rəsmən qüvvəyə minəcək.

Serbiya – İngiltərə U-21 komandalarının oyununda insidentin daha ağır olmasını nəzərə alsaq, o zaman ilin sonuna qədər UEFA Serbiya Futbol Federasiyasına ağır cəza verəcəyi istisna olunmur. Bu halda Serbiya klubları və milli komandaları beynəlxalq yarışlardan kənarlaşdırılacaq.

Yeri gəlmişkən, hazırda dünya futbolunda söz sahiblərindən olan ingilislər serblərə sərt cəza verilməsinə çalışırlar.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ATB: Banklar strateji layihələrlə beynəlxalq kapital arasında körpü rolunu oynaya bilər
17:49 06.10.2026
ATB: Banklar strateji layihələrlə beynəlxalq kapital arasında körpü rolunu oynaya bilər
Fazil Məmmədov nazir müavini təyin edildi
17:31 06.10.2026
Fazil Məmmədov nazir müavini təyin edildi
Maşın məktəbli qardaşları vurdu
17:20 06.10.2026
Maşın məktəbli qardaşları vurdu
Göygöldə “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi” mövzusunda konfrans keçirildi - FOTOLAR
17:07 06.10.2026
Göygöldə “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi” mövzusunda konfrans keçirildi - FOTOLAR
Bakının 6 rayonunda su kəsiləcək
16:38 06.10.2026
Bakının 6 rayonunda su kəsiləcək
Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU
16:37 06.10.2026
Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU
Britaniyalı nazir: Azərbaycanla əməkdaşlıqda AI və data mərkəzləri yeni istiqamətlərdən olacaq
16:33 06.10.2026
Britaniyalı nazir: Azərbaycanla əməkdaşlıqda AI və data mərkəzləri yeni istiqamətlərdən olacaq
1870 tələbə ödənişsiz bakalavr təhsili alacaq - RƏSMİ
16:29 06.10.2026
1870 tələbə ödənişsiz bakalavr təhsili alacaq - RƏSMİ
"İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"
16:13 06.10.2026
"İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"
Azercell-in baş icraçı direktoru Dima Əl-Yəhya ilə görüşüb
16:10 06.10.2026
Azercell-in baş icraçı direktoru Dima Əl-Yəhya ilə görüşüb
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
15:55 06.10.2026
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
“İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO
15:33 06.10.2026
“İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO
Sedasiya uşaqlar üçün təhlükəlidirmi? – Stomatoloq risklərdən danışdı
15:18 06.10.2026
Sedasiya uşaqlar üçün təhlükəlidirmi? – Stomatoloq risklərdən danışdı
Universitetlər şəhərdən köçürülsə, tıxaclar azalacaq? – VİDEOSORĞU
15:14 06.10.2026
Universitetlər şəhərdən köçürülsə, tıxaclar azalacaq? – VİDEOSORĞU
“Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir”
15:12 06.10.2026
“Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir”
Ermənistan-Türkiyə sərhədi açılır? – Politoloqdan AÇIQLAMA
15:08 06.10.2026
Ermənistan-Türkiyə sərhədi açılır? – Politoloqdan AÇIQLAMA