Neftin qiyməti artır: Azərbaycanda benzinin qiymətində dəyişiklik olacaqmı?

Neftin qiyməti artır: Azərbaycanda benzinin qiymətində dəyişiklik olacaqmı?
İQTİSADİYYAT
13:42 13.05.2026
479
Yaxın Şərqdə artan gərginlik qlobal enerji bazarına təsirsiz ötüşmür. İran ətrafında baş verən hadisələrdən sonra Avropa və ABŞ-də yanacaq qiymətlərində sürətli artım qeydə alınıb. Məlumatlara görə, qiymət artımının qarşısını almaq məqsədilə ABŞ yanacaq üzrə federal vergilərin yığılmasını müvəqqəti dayandırmağı nəzərdən keçirir.

Bəs yanacaq bazarında yaranan bu gərginlik Azərbaycana hansı təsirləri göstərə bilər?

İqtisadçı-ekspert Natiq Cəfərli AZXEBER.COM-a açıqlamasında qeyd edib ki, yanacaqla bağlı yaranan böhran ölkəmizə mənfi təsir göstərməyəcək:

"Yanacaqla bağlı yaranan böhranın ölkəmizə ümumilikdə mənfi təsiri gözlənilmir. Çünki Azərbaycanda neft gəlirləri artır, neftin qiymətində ciddi eniş-yüksəliş müşahidə olunmur və yanacaqla bağlı da əsaslı problem yoxdur. Azərbaycanın yerli istehsalı da mövcuddur. Buna görə də Azərbaycana təsirlər əsasən valyuta gəlirlərinin artması istiqamətindədir”.

Ekspert vurğulayıb ki, yanacaq qiymətlərinin artması Azərbaycanda inflyasiyanın sürətlənməsinə səbəb ola bilər:

"Lakin biz idxaldan asılı ölkəyik və bir çox ərzaq və qeyri-ərzaq məhsulları xaricdən gətirilir. Bu səbəbdən yanacaq qiymətlərinin artması həmin məhsulların dünya bazar qiymətlərinə təsir edir və nəticə etibarilə Azərbaycanda inflyasiyanın sürətlənməsinə səbəb ola bilər”.

Şahanə Ziyad

OXŞAR XƏBƏRLƏR