Neftin qiyməti ucuzlaşdı - Deputat səbəbini açıqladı

Neftin qiyməti ucuzlaşdı - Deputat səbəbini açıqladı
İQTİSADİYYAT
12:51 16.12.2025
339
Dünya bazarında "Azeri Light" markalı neftinin qiyməti azalıb. 

Azərbaycan neftinin 1 barelinin qiyməti 0,7 ABŞ dollar və ya 1,09% azalaraq 63,73 ABŞ dolları təşkil edib.

Milli Məclisin deputatı Vüqar Bayramov AZXEBER.COM-a açıqlamasında deyib ki, neft bazarında normativlik var:

"2026-cı ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub. Neft bazarında müəyyən normativlik mövcuddur. Lakin neftin qiymətini ayrı-ayrı günlər üzrə deyil, il ərzində formalaşan orta göstərici əsasında dəyərləndirmək daha məqsədəuyğundur. 2026-cı ildə neftin dünya bazar qiymətləri ilə bağlı proqnozlar isə o qədər də nikbin deyil. Əksər ehtimallara görə, neftin bir barelinin qiyməti 60 ABŞ dolları ətrafında dəyişəcək”.

Deputat bildirib ki, neftin qiymətinə həm iqtisadi, həm də siyasi amillər təsir göstərir:

""Azəri Light” markalı neft dünya bazarında "Brent” neftiylə müqayisədə daha baha satılır. Dövlət büdcəsində də məhz "Azəri Light” markalı neftin qiyməti əsas götürülüb. Dünya bazarında neftin qiymətinə həm iqtisadi, həm də siyasi amillər təsir göstərir. Bu amillər isə birbaşa olaraq neftin qiymətinin dəyişməsinə və bazarda qeyri-sabitliyin artmasına səbəb olur”.

Parlamentari vurğulayıb ki, neftin qiymətinin yüksək olması ölkəyə daha çox valyutanın daxil olmasına şərait yaradır:

"Azərbaycan neft ölkəsi olduğu üçün neftin dünya bazar qiyməti və enerji resurslarının dəyəri ölkəyə daxil olan valyutanın həcmi baxımından mühüm əhəmiyyət daşıyır. Neftin qiymətinin yüksək olması ölkəyə daha çox valyuta axınına şərait yaradır. Bununla belə, Azərbaycan üçün ən məqbul variant optimal və sabit qiymət səviyyəsidir. Çünki məhz optimal qiymət iqtisadi sabitliyin əsas şərtlərindən biridir. Neftin bir barelinin 70–80 dollar intervalında dəyişməsi neft ölkələri üçün optimal qiymət göstəricisi kimi xarakterizə olunur. Hazırda isə neftin qiyməti 70 dollardan aşağıdır”.

"Bununla yanaşı, iqtisadi inkişaf baxımından qeyri-neft sektorunun rolu daha həlledici xarakter daşıyır. Qeyri-neft sektoru tədricən iqtisadiyyatın əsas drayverinə çevrilir. Beləliklə, neftin qiymətinin aşağı düşməsi neft sektorundan daxilolmaları azaltsa da, qeyri-neft sektorundakı artım hesabına ümumi iqtisadi artımın qorunması mümkün olur”-, deputat bildirib. 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

 Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
16:40 08.11.2026
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
16:34 08.11.2026
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
Türkiyə Ağdamda yeni məktəb inşa edir
16:30 08.11.2026
Türkiyə Ağdamda yeni məktəb inşa edir
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
16:22 08.11.2026
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
16:18 08.11.2026
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
16:15 08.11.2026
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
16:13 08.11.2026
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur
16:12 08.11.2026
Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur