Məhbus siyasətçi Nemət Pənahlının qayınatasıHüseyn Orucovsentyabrın 25-i axşam saatlarında vəfat edib. Məlumatı “Media forum” saytına mərhumun qızı, Nemət Pənahlının həyat yoldaşıHəcər Pənahlıverib. Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Həbsdə olduğu müddətdə Nemət Pənahlı atası Əhəd Pənahlını (2012-ci il yanvarın 13-də) və anası Sara Pənahlını (2013-cü il aprelin 10-da) itirib.