Bakı şəhəri, Nəsimi rayonunda 22 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Neptun” mağazasının zirzəmisində ümumi sahəsi 36 kv.m olan olan anbarın içərisində sənaye malları 6 kv.m sahədə yanıb.
AZXEBER.COM xəbər verir ki, anbar və 1-ci mərtəbədə yerləşən mağaza yanğından mühafizə olunub. Yanğın saat 00:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.