“Neqativ hallara yol verənlər, dərhal işdən azad olunacaq” - Səlim Müslümov

“Neqativ hallara yol verənlər, dərhal işdən azad olunacaq” - Səlim Müslümov
Bütün Xəbərlər
15:01 03.12.2013
629
“Bizim işlədiyimiz insanlar cəmiyyətin elə həssas təbəqəsidir ki, orada hər hansı neqativ hal olmamalıdır.

Kimlərsə yerlərdə belə hallara yol verəcəksə, dərhal cəzasını alacaq və işdən azad olunacaq”.

APA-nın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, sosial müdafiə sahəsində bu proses başlayıb və davam edəcək.

Nazirin sözlərinə görə, prezident tərəfindən qoyulan tapşırıqların yerinə yetirilməsi üçün dərhal bütün işlər görüləcək: “Bu sahədə hələ bəzi təmizləmələr aparmaq, tam şəffaflığı təmin etmək lazımdır. Ünvanlı sosial yardım, tibbi sosial ekspert komissiyalarının işində və digər sahələrdə də başqa söhbət ola bilməz”.

OXŞAR XƏBƏRLƏR