Nəqliyyat iflic oldu

Nəqliyyat iflic oldu
Bütün Xəbərlər
10:39 17.03.2012
1036

Heydər Əliyev Beynəlxalq Hava Limanı normal rejimdə işləyir. Bu barədə şənbə günü Trend-ə "Azərbaycan Hava Yolları" QSC-dən bildiriblər.

Aviareyslərin göndərilməsi və qəbulu cədvələ uyğun həyata keçirilir.

Pisləşən hava şəraiti və yağıntı Bakı Dəmiryol Vağzalının fəaliyyətinə, qatarların göndərilməsi və qəbuluna təsir göstərməyib. Bunu Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

Bakı Beynəlxalq Avtovağzalı da normal rejimdə işləyir.

Səhər satlarından Bakıya qar yağır. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən şənbə günü Trend-ə bildiriblər ki, gün ərzində Bakıda və Abşeron yarımadasında hava arabir yağıntılı olacaq, sulu qar yağacaq, axşam tədricən kəsiləcək.

OXŞAR XƏBƏRLƏR