Nəqliyyat naziri iş başında

Nəqliyyat naziri iş başında
Bütün Xəbərlər
12:42 18.04.2012
1327

Nəqliyyat naziri Ziya Məmmədov Bakı-Quba yolunda olan körpünün sel sularının daşması nəticəsində yararsız vəziyyətə düşdüyü ərazidə olub.

Nəqliyyat Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, nazir müvafiq tədbirlərin görülməsi üçün tapşırıq verib. Hal-hazırda alternativ yol yaradılması istiqamətində tədbirlər həyata keçirilir. Şimal istiqamətində hərəkət edən nəqliyyat vasitələri sürücülərinin nəzərinə çatdırılır ki, Gəndob yolu vasitəsilə Xaçmaz rayonu ərazisindən keçməklə şimal sərhədinə və Quba istiqamətində hərəkət edə bilərlər. Qeyd edək ki, Bakı-Quba yolunun 157-ci km-də Qaraçay üzərindəki 5 aşırımlı, 90 metr uzunluğunda olan bu günədək istismarda olan körpü 1972–ci ildə istifadəyə verilib.

OXŞAR XƏBƏRLƏR