Nəqliyyat naziri Ziya Məmmədov 22 noyabr tarixində Sumqayıt şəhərində, Abşeron və Xızı rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
AZXEBER.COM-un nazirliyə istinadən verdiyi xəbərə görə, qəbul saat 12.00-da Sumqayıt şəhərinin tarixi muzeyinin binasında (ünvan: Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, IV mikrorayon) baş tutacaq.Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı 20 noyabr 2013-cü il tarixində saat 09.00-dan 18.00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılacaq:Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt Regional Şöbəsi (Sumqayıt şəhəri, S.Vurğun küçəsi - 3); Abşeron “4 saylı İxtisaslaşdırılmış Müəssisə” MMC (Xırdalan şəhəri, Heydər Əliyev prospekti - 25); Xızı 3 saylı Yol İstismarı İdarəsi (Xızı rayonu, Yeni Yaşma stansiyası).