Nəqliyyat Nazirliyi aksiya keçirəcək

Nəqliyyat Nazirliyi aksiya keçirəcək
Bütün Xəbərlər
15:18 05.12.2013
652

"Piyadayam: Yol hərəkəti qaydalarına riayət edək" şüarı keçiriləcək aksiya maarifləndirici xarakter daşıyır

Nəqliyyat Nazirliyi dekabrın 6-8-də maarifləndirici aksiya keçirəcək. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, aksiya Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM), Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Park Bulvar AVM-in birgə təşkilatçılığı ilə Park Bulvar AVM-də keçiriləcək. "Piyadayam: Yol hərəkəti qaydalarına riayət edək" şüarı ilə keçiriləcək aksiya maarifləndirici xarakter daşıyır.Hər kəs aksiyaya dəvətlidir.
OXŞAR XƏBƏRLƏR