Nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.
Aprelin 15-də nəqliyyat nazirinin müavini Musa Pənahov Ukraynanın Nəqliyyat nazirinin müavini Oksana Reyter ilə görüşüb.
Bu barədə Nəqliyyat Nazirliyindən məlumat verilib.
Musa Pənahov Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində aparılan islahatlardan, həyata keçirilən iri regional layihələrdən və beynəlxalq əməkdaşlığın genişləndirilməsindən danışıb, nəqliyyat sahəsində görülən işlər barədə ətraflı məlumat verib.
Öz növbəsində ukraynalı nazir müavini ölkəsinin Azərbaycanla iqtisadi əlaqələrin, o cümlədən nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.
Görüşdə iki ölkə arasında nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.