Nəqliyyat Nazirliyinin əməkdaşları sürücünü döydü

Nəqliyyat Nazirliyinin əməkdaşları sürücünü döydü
Bütün Xəbərlər
15:20 08.01.2013
1588
Bu gün saat 11:30 radələrində Bakının Binəqədi rayonunda, Bakı Beynəlxalq Avtovağzalının ərazisində 30 yaşlı kişi Nəqliyyat Nazirliyinin 5 əməkdaşı tərəfindən möhkəm döyülüb. Bu barədə döyülən şəxsin qohumu Aydın Cahangirov ANS PRESS-ə şikayət edib.Onun sözlərinə görə, “Mercedes” markalı 10 İR 196 dövlət nömrə nişanlı avtomobili idarə edən 1983-cü il təvəllüdlü Rasim Nazim oğlu İsmayılov maşını Bakı Beynəlxalq Avtovağzalın əraziisndə saxlayıb. Maşında sərnişi qismində oturan anası və qardaşının arvadını rayona yola salmaq üçün maşından düşüb. Bu zaman onlara özünü Nəqliyyat Nazirliyinin müfəttişi adlandıran bir neçə nəfər yaxınlaşıb. Onlar Rasim İsmayılovdan sənədləri tələb ediblər. "Rasim onların kimliyini təsdiq edən sənəd tələb etdikdə, onlar bundan imtina ediblər. Rasim də onlara sənəd verməyəcəyini bildirib. Bunun nəticəsində özlərini nazirlik əməkdaşı kimi qələmə verən şəxslər Rasim İsmayılovu möhkəm döyüblər. Hadisə yerinə Bakı şəhər Təcili və Tbbi Yardım Stansiyasının 17-ci bölməsindən həkimlər gəlib".Stansiyadan ANS PRESS-ə verilən məlumata görə, avtovağzala çağırış əsasında həkim briqadası yollanıb. Təcili tardım həkiminin sözlərinə görə, 30 yaşlı Rasim Nazim oğlu İsmayılova ilkin tibib yardım göstərib və onu Respublika Xəstəxanasına aparıb.Xəstəxananın həkimi Elşad Musayevin ANS PRESS-ə verdiyi məlumata görə, hazırda xəstənin vəziyyəti kafidir və həyatı üçün təhlükə yoxdur. Lakin xəstə təcili əməliyyat olunmalıdır.“Xəstənin sol gözünün qapaqları qansızma ilə şişib. Sol almacıq sümüyü yerini dəyişib və üz sümükləri sınıb. Həmçinin xəstənin burnunda sınaqlar olub. Xəstənin gözündə hansısa problemlərin yaranıb-yaranmamasını müəyyən etmək üçün isə göz həkiminə də göstəriləcək. Hazırda xəstənin sınmış və yerini dəyişmiş almacıq sümüyünün yerinə qoyulması üçün əməliyyat olunacaq”.Hadisəni baş vermə səbəblərini araşdıran Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsinin müstəntiqi Aftandil Bayramovun ANS PRESS-ə verdiyi məlumata görə, Rasim İsmayılovun kimlər tərəfindən döyülməsi araşdırılacaq.“Rasim İsmayılovun verdiyi ifadəyə görə onu Nəqliyyat Nazirliyinin 5 nəfər əməkdaşı döyüb. Hadisə avtovağzal ərazisində baş verib. Hazırda faktla bağlı araşdırma aparılır”.
OXŞAR XƏBƏRLƏR